Ana iki körpəsini öldürdü - cinayətin üstü "Google" sayəsində açıldı - FOTO

Ana iki körpəsini öldürdü - cinayətin üstü "Google" sayəsində açıldı - FOTO

Hər iki qızını öldürən ana cinayəti elə "ustalıqla" törədib ki, ondan şübhələnən olmayıb.

Alyaska ştatında yaşayan 23 yaşlı Stephany E. LaFountain adlı qadın iki qızını da öldürüb.

Belə ki, iki il əvvəl Stefaninin 4 aylıq birinci qızı müəmmalı şəkildə ölüb. Qızın ölümünə görə anasından şübhələnən olmayıb.1 il sonra yenidən eyni hadisə baş verib. O, 13 aylıq qızını da öldürüb. Stefani "qızım ölür" deyə kömək çağırıb. 13 aylıq uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis mövcud vəziyyətlə bağlı araşdırmalara başlayıb. Məlum olub ki, qızlarını öldürən elə Stefani imiş.

Onun kompüterində aparılan araşdırmalar zamanı qadının Google-da "mükəmməl formada intihar etmək olar", "izləri tapılmayacaq cinayəti necə törətmək olar?" kimi cümlələr axtarışa verdiyi aşkarlanıb.

Bundan sonra qadın iki qızının qatili kimi saxlanılıb.


milli