96 yaşındakı qadının kitablara qaraladığı qeydlərin sirri öldükdən sonra ortaya çıxdı

96 yaşındakı qadının kitablara qaraladığı qeydlərin sirri öldükdən sonra ortaya çıxdı

Kitablarınıza başladıqdan ya da bitirdikdən sonra oxuduqlarınıza dair qeydlər almağı heç düşündünüzmü?

Teach.az xəbər verir ki, Twitter istifadəçisi Lauren Tarhis, 96 yaşında həyata gözlərini yuman qayınanası Stefanie Dreyfuss-un oxuduğu kitabları müxtəlif notlarla qeyd etdiyini fərq edib.

"Keçən həftə anamı itirdim. O mənim ən yaxşı dostlarımdan biri idi və həyata gözlərini 96 yaşında bağladı. Həyat boyu davam edən kitab sevgisini müxtəlif kodlarla həmişə qeyd etdi. Bu onun qeyd etdiyi kodlar və əşyalarının arasında tapdığımız kodların mənaları."

Stefanie Dreyfuss-un yazdığı kodların mənaları isə belədir:

RP: Readable Piffle

İçi boş, ancaq oxuna bilər.

NFM: Not For Me

Mənə görə deyil.

DNF: Did Not Finish

Bitirə bilmədim

DNR: Did Not Read

Oxumadım

RP+: One step up from RP

oxunabilərin bir qat üzərində.

RPM: Readable piffle mystery

Mənasız bir sirr kitabı, ancaq oxunaqlı

G: Good didn't hold my attention

Yaxşı, ancaq diqqətimi verə bilmədim

VB: Very bad

Çox pis

NMS: Not my style

Mənim zövqümdə deyil

PB: Pretty boring

Olduqca darıxdırıcı

NBAL: Not bad at all

Pis deyil

RR: Readable

Oxuna bilər

WOT: Waste of Time

Zaman itkisi

Açıqcası yaşlı Stefanie Dreyfuss-un bəyənməsini qazanmaq olduqca çətin imiş. Bununla birlikdə belə bir siyahını uşaqlarına və nəvələrinə miras buraxmaq olduqca ağıllı bir fikirdir.

Fira