Dünyanın ən qiymətli 100 Markası açıqlandı

Dünyanın ən qiymətli 100 Markası açıqlandı

Kantar və WPP, dünyanın ən qiymətli 100 markasının iştirak etdiyi 'BrandZ Top 100 Global Brands 2018' hesabatını təqdim edib. Hesabatda iştirak edən 100 şirkətin ümumi dəyəri ötən ilə görə 21%-lik bir artım göstərərək 4.4 trilyon dollara çatıb.

Teach.az xəbər verir ki, siyahının başında keçdiyimiz il olduğu kimi Google və Apple var. Siyahının birinci sırasındakı Google, 23% dəyər artımı ilə 302.1 milyard dollarlıq dəyərə çatarkən, Apple, dəyərini 28% artıraraq 300.6 milyard dollara çatmağı bacarıb.

Siyahıdakı diqqət çəkici bir detal, ilk dəfə iki Çinli şirkətin birdən dünyanın ən qiymətli 10 şirkəti arasına girə bilməsi olub. Tencent, siyahının 5-ci sırasında özünə yer taparkən, Alibaba da ilk 10-a daxil olmağı bacarıb.

Bir digər ilk isə Amerika mərkəzli olmayan şirkətlərin, Amerika mərkəzli şirkətlərdən daha sürətli böyüməsi olub. Amerika mərkəzli şirkətlər ortalama 19% böyümə qeyd edərkən, Amerika mərkəzli olmayan şirkətlər 24% böyüyüb.

Ötən ilə görə ən çox böyümə reallaşdıran şirkətlər, Amazon və Tencent kimi müştərilərini işlərinin mərkəzinə qoyan şirkətlər olub. Ayrıca siyahıda iştirak edən Alibaba da 92%-lik illik böyümə ilə diqqətləri üzərinə çəkib.

Dünyanın ən qiymətli 10 şirkəti:

1.Google
2.Apple
3.Amazon
4.Microsoft
5.Tencent
6.Facebook
7.Visa
8.McDonald’s
9.Alibaba
10.AT&T

Fira