Yeni MacBook, Sensor Ekranlı və LTE Dəstəkli Ola bilər!

Yeni MacBook, Sensor Ekranlı və LTE Dəstəkli Ola bilər!

Çində bir neçə prototip hazırladığı deyilən yeni MacBook haqqında ilk məlumatların bir çox yeni xüsusiyyətə sahib olması gözlənilir.

Apple, yaxınlaşan WWDC tədbirlərinə hazırlanarkən bir tərəfdən də müxtəlif məlumatlar gəlməyə başladı. Son xəbər isə şirkətin sensor ekran, ARM prosessoru və 4G LTE əlaqəsi xüsusiyyətlərinə sahib yeni bir kompüter və ya tablet üzərində çalışdığı istiqamətindədir. Çində bir neçə prototip hazırladıqları deyilən 'Star' adlı cihaz haqqında hələ dəqiq bir məlumat yoxdur, ancaq önümüzdəki günlərdə dəqiqləşməsi gözlənilir.

Apple-in MacBook-larda ARM prosessoru istifadə etməyi uzun zamandır planlaşdırdığı və Star adlı bu yeni cihazda bunu etdiyi düşünülür. Apple-in bir çox iOS cihazını çıxaran Pegatron adlı cihaz istehsalçısının, Starın istehsalını də reallaşdırdığı və prototipləri Apple-ə göndərdiyi də söz-söhbətlər arasındadır.

Cihazın sensorlu ekran, SİM kart yuvası və GPS-ə də sahib olduğu düşünülür. Eyni zamanda suya davamlı cihaz, bütün Mac cihazları ilə olduğu kimi EFI (Extensible Firmware Interface) ilə işləyəcək.


Məlumatlar arasında ən diqqət çəkici olan isə proqram təminatı mövzusunda ortaya çıxır. Cihazın iOS proqramlarını da dəstəkləyəcəyi və MacOs ilə iOS-u birləşdirəcəyi düşünülür. Gələn məlumatlar doğrudursa bu vəziyyət, Mac kompüterlərinin üzərindən iOS Cihazlarınıza da çata biləcəyiniz və MacBook-unuzu bir növ telefon kimi istifadə edə biləcəksiniz. Apple istifadəçilərinin uzun zamandır gözlədiyi bir xəbər olan bu hadisə, əgər doğrudursa olduqca sevindirici olacağdır.



sh