“LG Display”-dən kitab kimi bükülən ekran
ABŞ-ın Las-Veqas şəhərində hər il keçirilən yeni texnologiyalar sərgisi ərəfəsində Cənubi Koreyanın “LG Displey” korporasiyası ictimaiyyətə yeni displeyini nümayiş etdirib.
Teach.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, OLED ekranın istehsal edildiyi texnologiya onu rulon kimi bükməyə imkan verir.
Tərtibat bükülmüş vəziyyətdə olduqca uzun müddət qala bilir. Onun ekranı 4K Ultra HD keyfiyyətinə cavab verir ki, onun da göstəriciləri 3840x2160 pikseldir. Çox güman ki, daxili səs sistemi modulu ilə təchiz edilib. İstehsalçı iddia edir ki, bu cihaz daşınmaq üçün çox rahatdır və bir o qədər də çox yer tutmur.
Yeri gəlmişkən, bu, Cənubi Koreya texnologiya nəhəngindən ilk belə maraqlı yenilik deyil. Qarşıdan gələn “CES 2018” sərgisində şirkət həmçinin 88 düym həcmli böyük 8K görüntü keyfiyyətli OLED monitorunu da təqdim edəcək.