Samsungun Yeni Reklamı Milyonlarla Televizoru 'Söndürəcək'

Samsungun Yeni Reklamı Milyonlarla Televizoru 'Söndürəcək'

Keçdiyimiz günlərdə nəşr olunan Galaxy S9 reklam filmi ilə diqqətləri üzərinə toplayan Samsung, bu dəfə də QLED televiziya reklamı ilə çox danışılacaq.
Reklam filmləri, bəzən gözlənilməyən tənqidlərə məruz qalaraq uğursuz olsa da ümumi mənada olduqca əhəmiyyətlidir. Hələ innovativ və yaradıcı reklam yarada bilərsə, bu reklamlar markaya böyük təsir göstərə bilər. Samsung da önümüzdəki həftəsonu etibarilə maraqlı bir reklamı yayımlamağa hazırlanır.


İngiltərədə izləniləcək olan reklam , #TVblackout başlığı ilə nəşr olunacaq və milyonlarla ekran eyni anda 'xarab olmuş'kimi qaralacaq. İlk 20 saniyədə televizor ekranı parazitlənib qaranlıqlaşmağa başlayacq və 6 saniyə ekran qaranlıq qalacaq. Daha sonra ekranda 'Bu sizin TV ekranınız.. Çox vaxt içində heç bir şey olmayan bir boşluq' yazısı meydana çıxacaq və sonrasında Samsung, QLED və mühit Mod-lu yeni televizorunun təqdimatına keçəcək.



Reklam filmi 18 fərqli kanalda eyni vaxtda olaraq 10 gün ərzində yayımlanacaq. Reklamın yayımlanacağı istehsallar isə Çempionlar Liqasının finalı, Simpsonlar kimi İngiltərədə ən çox izlənilən proqramlar arasından seçilmişdir və beləcə olduqca geniş bir kütlə reklam filmini görəcək. Olduqca müvəffəqiyyətli bir marketinq addımı olaraq görülən reklam, Solo: A Star Wars Story kimi yüksək tamaşaçı gözləntisi olan filmlərdən əvvəl də göstəriləcək.



sh