Polisin Facebook-da adına açdığı "Bu şəxs axtarılır" elanına cavab verən gənc: Hahaha, işinizi yaxşı edin

Polisin Facebook-da adına açdığı "Bu şəxs axtarılır" elanına cavab verən gənc: Hahaha, işinizi yaxşı edin

İngiltərənin Yorkshire bölgəsində olduqca maraqlı bir hadisə yaşanıb.

Teach.az xəbər verir ki, hadisə, 21 yaşındakı Leon Smithin bir müddətdir ortalarda görünməməsi nəticəsində ailəsinin polisə müraciət etməsiylə başlayıb. Polis də bir sıra cinayətlərdən özünün axtarıldığını ifadə edərək işlərinə sürət qazandırıb.

Polis bir tərəfdən gənci axtararkən, bir tərəfdən də yerli Facebook səhifələrinə 'Bu şəxs axtarılır' elanı verib. Hadisə burada qəribə olmağa başlayıb. Öz itkin axtarılır səhifəsinin altında bir anda meydana çıxan Leon Smith, etdiyi şərhlərlə polisi lağa qoyub.



- İtkin filan deyiləm, axtarılıram. Niyə bilmirəm. Ciddi bir şeydir hərhalda.

- Çox getdiyim yerlər vardır. Bu an gizliliyimi davam etdirirəm! Hahahaha!

- Gəlin də işinizi edin!

- Bezdim. İndi birazca 'Log Out' olacam.

Atdığı bu şərhlərdən sonra bir müddət səssizliyə bürünən səhifədə, sonra polisin şübhəlinin tapılıb və bu an nəzarətdə olduğu mesajı təqdim olunub.

Fira