Sizlər də Coca-Cola maşınlarında öz içkilərinizi yarada biləcəksiniz!

Sizlər də Coca-Cola maşınlarında öz içkilərinizi yarada biləcəksiniz!

Bir çox yerdə qarşılaşdığımız Coca-Cola içəcək maşınları bizlərə Kola, Fanta və ya Gazoz kimi içki variantları təqdim edirdi. Ancaq texnologiyaya ayaq uyduran Coca-Cola maşınları, artıq öz azad içkimizi yaratmaq da imkan tanıyacaq.

Texnologiyanın inkişafı şübhəsiz ki, hər sahədə əks olunur. Bu nöqtədə Cümə günü şirkət, Coca-Cola Freestyle 9100 adını verdiyi içki maşınını təqdim etdi. Bənzərlərinə forma olaraq bənzəyən yeni maşında öz ləzzətinizi yarada bilər və fərqli dadlar yoxlaya bilərsiniz.


2009-cu ildə Coca-Cola; universitet şəhərcikləri, alış-veriş mərkəzləri kimi bir dolu sahəyə içki aparatlarını yerləşdirmiş və insanları bu içkiləri içmək barədə təşviq etmişdi. Gündə 14 milyona qədər içki istehsal edən bu cihazlara indi də, yeni bir dünyagörüşü qazandırıldı.

Firmanın təqdim etdiyi yeni cihaz gələcəkdə insanların pulsuz içki qarışıqları yaratmasına imkan verir. İnsanlar içkisini maşın üzərindən sensora toxunaraq seçə bilməkləri ilə yanaşı ağıllı telefonlarından maşına Bluetooth ilə bağlanaraq da içkilərini hazırlaya biləcəklər.


Mövzu haqqında danışan Freestyle ümumi müdiri Chris Hellmann, Coca-Cola Freestyle platformasına fokuslanıb və daha çox seçim təqdim edərək insanları məmnun etməyi məqsəd qoyduqlarını ifadə etdi. Bu maşınlarda soyuq içkilərin yanında çay, qəhvə kimi içkilər də olacaqdır. Son olaraq, 2019-ci ildə dünya səviyyəsində istifadə edilməsi gözlənilir.



sh