“Ethereum” kriptovalyutası bahalaşdı - 102 MİLYARD DOLLAR!

“Ethereum” kriptovalyutası bahalaşdı - 102 MİLYARD DOLLAR!

“Ethereum” kriptovalyutasının dəyəri ilk dəfə olaraq 1000 dolları keçib.

Teach.az-ın xəbərinə görə, bunu “CoinMarketCap”in məlumatları təsdiqləyir. Bu gün kriptovalyutanın dəyəri 1055 dollara çatıb. Bununla da “Ethereum” kriptovalyutasının bazar dəyəri 102 milyard dollara yüksəlib.

Maraqlıdır ki, 2017-ci ilin əvvəlində “Ethereum” 10 dollardan satılırdı. İyun ayında qiymət 300 dolları, dekabrda isə 500 dolları ötüb.

“Ethereum” dekabrın sonuna yaxın “Bitkoin”dan sonra dəyərinə görə ikinci kriptovalyuta idi, lakin dekabrın 30-da “Ripple” onu keçib. “Ripple”ın bazar dəyəri 131 milyard dollar həcmində qiymətləndirilir.