Xəstəliyi səbəbiylə günəşə çıxdıqda orqanlarını bir-bir itirən qadın - FOTO

Xəstəliyi səbəbiylə günəşə çıxdıqda orqanlarını bir-bir itirən qadın - FOTO

Günəş şüalarına məruz qaldıqca daha da sürətli bir şəkildə yayılan xəstəliyinin son dövrlərdə bütün bədənini əhatə etdiyini ifadə edən Oflas, "orqanlarım davamlı kəsilir və bütün orqanlarımı itirmə təhlükəsi ilə qarşı qarşıyayam. Yarım insan belə deyiləm. Buna bir həll etməli, tibb bu qədər çarəsiz olmamalıdır" deyib.

Teach.az xəbər verir ki, Kastamonun Taşköprü mahalında dünyaya gələn Sibel Oflas-ın bədəninin bəzi yerlərində 8 yaşındaykən ziyillər çıxmağa başlayıb. İrəliləyən zaman içərisində də çıxan ziyilləri normal görən Oflas-ın, 30 yaşına gəldiyində isə başında yaralar meydana gəlməyə başlayıb. Sağlamlıq zəmanəti olmadığı üçün xəstəxanaya gedə bilməyən Oflas, bir neçə il sonra yaraların bədəninə yayılmasıyla nəfəsi xəstəxanada alıb. Burada müayinə olan Oflas-a, testlərdən sonra, 'epidermodisplazya verrüsiformis' adı verilən dəri xəstəliyinə tutulduğu deyilib. Nadir görülən xəstəlik sonrası Oflas-ın yaraları isə günəş işığının da təsiriylə xərçəngə çevrilib. Üzü az qala tamamilə yarayla örtülən talehsiz qadının, 1,5 il əvvəl qulağının və yanağının bir qisimi da əməliyyatla alınıb.



Keçən zaman içərisində xərçəng hüceyrələri Oflas-ın bədənində sürətlə yayılmağa başlayıb. Son olaraq sağ əlinə yayılan xərçəng hüceyrələri ilk 2 barmağını, sonrasında əlinin hamısını əhatə edib. Çəkdiyi ağrılara dözə bilməyən Oflas, 5 gün əvvəl getdiyi xəstəxanada əlinin kəsilməsi lazım olduğunu, əks halda xərçəngin daxili orqanlara da yayıla biləcəyi məlumatını alıb. Təcili olaraq əməliyyat masasına yatırdılan Oflas-ın əli, bilək qisimindən kəsilib. Bu anda bədəninin böyük bir hissəsini örtən hüceyrələr, get-gedə yayılmağa davam edir. Talehsiz qadının tək istəyi isə, başqa orqan və üzvlərini itirmədən əvvəl xəstəliyini bitirəcək bir müalicənin tapılmasıdır.

Fira