Fujifilmdən Yeni Instax Kamerası Gəlir!

Fujifilmdən Yeni Instax Kamerası Gəlir!

Instax modeli, son illərdə yenidən məşhurluğunu qazanaraq yüksəlişə keçmişdir. İndi də yeni bir modellə qarşımıza çıxacaqdır.
Sevdiyinə hədiyyə almağı düşünən hər kəsin ağılına ilk gələnlərdən biri olan Instax kameralar, son illərdə inanılmaz dərəcə məşhurlaşmışdır. Rəqəmsal fotoqrafçılıqdan sıxılan bir seqment, bu cür analog cihazları yenidən məşhur etdi.


Rəng rəng istehsalı edilən və inanılmaz satış rəqəmlərinə çatan Instax Mini 9-dan sonra Fujifilm, indi 1: 1-lik nisbətiylə kvadrat fotoşəkillər çəkə biləcəyiniz bir modellə qarşımıza çıxacaq. Instax Square SQ6 adı verilən bu analoq cihaz, 3 fərqli filtr moduyla (narıncı, yaşıl və çəhrayı) və selfie çəkilişləri üçün xüsusi çəkiliş rejimi ilə (avtomatik ekspozisiya və aydınlıq parametri) böyük bir marağa səbəb olacağı gözlənilir.

Square SQ6-nın boz, qızıl və yaşıl rəng seçimləri mövcuddur. Çıxış qiyməti 129 dollardır.

Fujifilm, bunun yanında bir model daha inkişaf etdirir. Square SQ10 adı verilən bu cihaz isə 279$ etiketiylə satılacaq və digital / analog keçişi etməyinizə icazə verəcək. Yəni istəsəniz səkillərinizi yerindəcə çıxarda bilərsiniz, ya da cihazın yaddaşında saxlaya bilərsiniz.



sh