135 tonluq təyyarəni çəkməyi bacaran Tesla Model X, Guinness dünya rekordu qırdı - VİDEO

135 tonluq təyyarəni çəkməyi bacaran Tesla Model X, Guinness dünya rekordu qırdı - VİDEO

Elon Musk-ın qurucusu və CEO-u olduğu elektrikli avtomobil istehsalçısı Teslanın SUV sinfi avtomobili Model X, qısa zamanda qırılması çətin bir dünya rekorduna imza atıb.

Teach.az xəbər verir ki, Qantas Airways-ə aid bir Boeing 787-9-u çəkməyi bacaran Model X, ən yüksək ağırlığı çəkən elektrik avtomobil olaraq Guinness Dünya Rekordu qırıb. Porsche Cayenne Turbo S, Volkswagen Touareg və Tata Hexa kimi SUV sinfi vasitələrin bir təyyarə çəkdiyini görmüşdük. Tesla Model X-i xüsusi edən isə digər vasitələrin əksinə elektrikli bir mühərrikə sahib olmasıdır. Elektrik mühərriklər, yüksək müqavimət ilə qarşılaşdıqlarında həddindən artıq isinirlər. 135 tonluq Boeing 787-9 da bu müqaviməti çoxu ilə meydana gətirə potensiala sahibdir.

Tesla Model Xin öz ağırlığı 2.3 ton. 100kWh bir batareyaya sahib olan avtomobilin hər bir aksında ayrı bir elektrik mühərriki var. Ön aksta olan mühərrik 259 at gücü olan güc və 329Nm tork çıxararkən, arxa aksta olan mühərrik 503 at güc və 660Nm tork istehsal edir. Vasitə təyyarə çəkmədiyi zamanlarda, 0-dan 100km / s sürətə 2.9 saniyədə çıxa bilir.

Model X-in sahib olduğu elektrik mühərriklərin 135 ton kimi ciddi bir yükə istiləşmədən dayana bilməsi texnoloji baxımdan çox əhəmiyyətli bir inkişafdır. Ayrıca Model X-in təyyarə çəkə biləcək qədər güclü mühərriklərə sahib olması, elektrikli avtomobillərin içdən yanmalı vasitələrə yaxşı bir alternativin açıq bir göstəricisidir.

Fira