Bir ay ərzində heç duz istifadə etməsəniz nə olar?

Bir ay ərzində heç duz istifadə etməsəniz nə olar?

Duzun sağlamlığımıza zərəri az, ya çoxdur? Həmişə tez-tez müzakirə edilən bir mövzudur.

Teach.az xəbər verir ki, duzsuz edə bilməyən, yediyi hər yeməyə daha dadına baxmadan duz əlavə etməkdən imtina edə bilməyən 'Frederic Patenaude' adlı gənc bir adam; bir gün, bu vərdişinin sağlamlığına zərər verdiyini fərq edir və bir qərar alır. 'Artıq həyatımda duza yer yoxdur ...'

Frederic Patenaude, 'çiy bəslənmə' üzərinə araşdırmalarda olan bir yemək blogger-idir əslində. Lakin hər nə qədər sağlam bəslənməyə çalışsa da, pis bir vərdişi var: Duzsuz yaşaya bilmir. Bir gün, mövzuya bağlı elmi məqalələri oxuyan gənc adam, gündəlik duz istehlakının 1500 mg-ı keçməməsi lazım olduğunu öyrənir. (Edilən araşdırmalara görə, əhalinin 99.4 %-i bu sərhədi aşır.)

Duzun qan təzyiqini yüksəltdiyini və duz istehlakının irəliləyən yaşlarda insanlarda yüksək təzyiq problemlərinə səbəb olduğunu, böyrəklərə zərər verdiyini, böyrək daşı meydana gəlməsinə hətta mədə xərçənginə belə səbəb ola bildiyini öyrənincə bir şeylər etməsi lazım olduğunu başa düşür. Uzun bir səfərə çıxan və burada yeməyi şişirdən Frederic; geri döndüyündə kökəldiyini, bədənində şişliklər meydana gəldiyini və təzyiqinin də təhlükəli ölçüdə yüksəldiyini görür və gündə 4000 mg ətrafı duz istehlak etdiyini başa düşür.

Bundan sonra, 'tamamilə duzsuz' bir aylıq bir bəslənmə təcrübəsinəə başlayır ... Duzdan tamamilə təmizlənmiş bu yeni həyatından öyrəndikləri isə bunlar ...



Sağlam qidalanmaq daha da asanlaşdı

"İlk dəfə, yeməklərin gerçək dadını aldım" deyir Frederic. Bu səbəblə daha doğru yemək seçimləri etdiyini; içində duz olan çörək, kraker kimi hazır yeməkləri də həyatından çıxardığını ifadə edir.



Heç su istəmədim

"Bu kiçik bir addım kimi görünsə də; heç su istəmədiyim kimi, gecə su içmək üçün də qətiliklə oyanmadım" deyir Frederic. Bütün suyu yediyi yeməklərdən qarşıladığını, duz istifadə etmədiyi üçün bədəninin əlavə suya çox da ehtiyac duymadığını ifadə edir.



Arıqladım

"Bu müddət ərzində, xüsusilə üz bölgəmdə incəlmə meydana gəldi" deyir Frederic. Duz istehlak etdiyində, bədən suyu əmdiyi üçün göz altlarında və üzündə qabarıqlıqlar meydana gəldiyini ifadə edir.



Duzu buraxınca sızanaqlardan xilas olmaqla qalmayıb, dərisinin də artıq sağlam və hamar bir hala gəldiyini ifadə edir.



Yuxusuzluq problemimi həll etdim

"Əvvəldən yuxuya getmə problemi yaşayır, gecələri tez-tez oyanırdım" deyir Frederic. Duzsuz həyatına başladığından bu yana isə gecələri yatdığını ifadə edir.



Özümü daha yaxşı hiss edirəm

Duzsuz qidalanma ilə birlikdə özünü daha 'təmiz' hiss etməyə başladığını ifadə edən Frederic, sözlərini belə nöqtələyir: Həm fiziki, həm də ruhi mənada artıq çox daha yaxşıyam!

Fira