Google-un yeni xüsusiyyətiylə birlikdə şəkilləriniz film səhnəsindən çıxmış kimi görünəcək

Google-un yeni xüsusiyyətiylə birlikdə şəkilləriniz film səhnəsindən çıxmış kimi görünəcək

I / O 2018-ci ildə təqdim olunan, fotoşəkillərin arxa planını avtomatik olaraq ağ-qara edə bilən tətbiqi istifadəyə açıldı. Bundan əlavə sözü gedən Color Pop, öyrənə bilən maşın texnologiyası bazası ilə xidmət edir.

Bildiyiniz kimi I / O 2018 Google üçün fırtına olmuşdur. Bir çox yeniliyə imza atan Google, gözlərdən qaçan kiçik lakin son dərəcə maraqlı tətbiq də təqdim etmişdir.Bunlardan biri də şübhəsiz ki Color Pop adı verilən proqramdır. Arxa planı ağ-qara edərək fotoşəkildə olan adamın rənglərini qoruyan tətbiq istək daxilində rənglərinə daha çox vurğulama etmək olur.

Bu tətbiqin xəbərin məqsədi, bu "Sin City" filmlərindən yaranan ambiyanın maşın öyrənmə metodlarından istifadə edən bir sistem vasitəsilə avtomatik olaraq həyata keçirilə bilməsidir. Eyni zamanda bu texnologiya köhnə ağ-qara fotoşəkilləri rəngləndirmə mənasında da özünü gündən günə daha da inkişaf etdirir.

Bir Reddit istifadəçisinin təcrübəsinə görə bu tətbiqə v3.20 aktuallaşdırması edildikdən sonra 'Fotoçəkil Köməkçisi' çərçivəsində daxil olmaq mümkün olacaq. Tətbiqin yüklənməsi mümkün olduqda sınamaq üçün buradakı ünvanı izləyə bilərsiniz. Ancaq qeyd etmək lazımdır ki, tətbiq hələlik şəkil mövzusunda olduqca seçicidir, yalnız Google Photos-un etibarlılıq verdiyi fotoşəkillərdə bu əməliyyatı reallaşdıra bilərsiniz.



sh