Tamaşaçısını zədələyən məşhur sehrbaz David Copperfield, bir sirrini açıqlamaq məcburiyyətində qaldı
2013-cü ildə kariyerasının ən böyük tamaşalarından biri üçün Las Vegasda səhnəyə çıxan David Copperfiled, çox sevilən Lucky #13 nömrəsini etmək üçün işə başlayıb. Bu nömrə bəzi könüllü tamaşaçıların səhnəyə dəvət edilməsi ilə reallaşırdı.
Teach.az xəbər verir ki, səhnəyə dəvət edilən 58 yaşlı tamaşaçı Gavin Cox nömrə həyata keçirilərkən çiynindən zədə alıb. Lucky #13 nömrəsi səhnəyə çıxarılan bir qrup tamaşaçının bir müddət itirilib təkrar ortaya çıxarılmasıyla mümkün olan tamaşa idi. Nömrə həyata keçirilərkən çiyni çıxan və sonra xronik ağrılar yaşadığını deyən Cox, tamaşadan sonra məhkəməyə müraciət edib və təzminat tələb edib. Copperfield, bu nömrəni daha əvvəl tez-tez etdiyini və belə problemlə qarşılaşmadığını deyib.
Sehrbazın vəkilləri, məhkəmə tərəfindən hadisənin işıqlandırılması adına tələb edilən nömrənin açıqlanması vəziyyətini rədd ediblər. Ancaq Las Vegas məhkəməsi bunu qəbul etməyib və Copperfield-in prodüserlərindən Chris Kenner nömrəni açıqlayıb. Konner, səhnəyə çağırılan tamaşaçıların içində olduqları qəfəsin üzərinə pərdə örtüldükdən sonra, onların qəfəsin arxasından çıxarıldıqlarını söyləyib. Tamaşaçılar sonra gizli bir yoldan salonun arxasına aparılırdılar.
Zədələnən tamaşaçı Gavin Cox isə gizli yolda irəliləyərkən mühitin sonra dərəcə qaranlıq olduğunu və bir maneəyə ilişib yıxıldığını söyləyib. Özü o gündən bu yana səhiyyə xərcləri üçün 400 min dollardan daha çox pul xərcləyib. Məhkəmə davam edir və növbəti həftə məhkəməyə David Copperfield-ın da qatılması gözlənilir.
Fira