Coca Cola-dan inqilab kimi Yenilik: Yeməli Butulkalar gəlir
Bütün dünyanın mübahisə etdiyi plastik tullantılar məsələsi, günümüzün ən böyük içki və qablaşdırma istehsalçılarının milyonlarla dollarlıq investisiyalar edərək alternativ texnologiyalar inkişaf etdirməsinə səbəb olur. Bu mövzuda üzərinə düşəni edib plastikə alternativ yollar axtaran Coca Cola, özünə xas həlli tapmış ola bilər.
Teach.az xəbər verir ki, şirkətin İdarə heyəti Başçısı Muxtar Kent, İstanbulda qatıldığı Global Sahibkarlıq Konqresi çərçivəsində mövzuya bağlı ilk açıqlamalarını edib. Ziyarət etmədiyi yalnız 10 ölkə qaldığını söyləyən Kent, "Dünyadakı ilk bitki şüşəsini etdik. Şəkər qamışından yaradılan şüşələr çıxarmağı bacardıq. Bu şirkət içində yaradılan bir fikir deyildi. Hindistandakı partnyorlarımızdan biri söylədi bu fikiri ... Bu anda insanların içkisini içib, paketi yeyə biləcəyi bir şüşə üzərində çalışırıq. "deyib.
Son 3-4 ildə 8 milyarddan çox şüşə geri çevrilə bilən bitki mənşəli şüşə çıxardıqlarını izah edən Kent, yeməli şüşələr haqqında daha çox detal verməyib.
Coca Colanın söz mövzusu şüşələri nə zaman istifadəyə verəcəyi istiqamətli hələ dəqiq bir tarix yoxdur. Belə bir texnologiya, həqiqətən də istehlak mədəniyyətini şəkilləndirə bilər.
Fira