Sadə bir çəngəllə necə qapı kilidi ediləcəyini göstərən, 24 Milyon baxışı olan Video

Sadə bir çəngəllə necə qapı kilidi ediləcəyini göstərən, 24 Milyon baxışı olan Video

Qapı kilidləri, antik dövrlərdən bu yana fərqli şəkillərə bürünüblər. Hətta bir qapının kilidinə baxaraq, o coğrafiyadakı mədəniyyətə dair çıxarımlar etmək belə mümkündür.

Teach.az xəbər verir ki, o dövrlərdə inkişaf etmiş cəmiyyətlərin ən xüsusi insanlara ayırdıqları otaqlar, açılması son dərəcə çətin olan kilidlərlə bağlanılıb. Müasir dünyada isə bir açarla işi həll edirik. Belə işlərə xərclədiyimiz vaxtları ola bildiyincə azaltmağa çalışırıq. Buna görə çox evin daxili qapılarındakı keyfiyyətsiz kilid sistemləri ya xarab olur ya da kifayət qədər otaq içini qoruma altına almırlar. Hələ ki evinizi başqaları ilə paylaşmaq kimi bir vəziyyətdəsinizsə, qapı kilidləri həqiqətən əhəmiyyətli olur.

Youtube-da bu problemə həll gətirən video 24 milyon baxış sayına çatıb:



Uzun uclara sahib sadə bir çəngəl, qapınızı içəridən bağlamaq üçün həll təqdim edə bilər. Bunun üçün orta uzunluğa sahib yastı saplı bir çəngəl seçə bilərsiniz. Etməniz lazım olan isə bu çəngəlin ucunu, qapı kilidinizin dil boşluğuna salmaq və dərinliyini çəngəl üzərində işarələməkdir. Sonra çəngəli işarələnən bölgənin bir miqdar altından sıxışdırırıq. Bir çəkic köməyiylə çəngəli işarələdiyimiz yerdən 90 dərəcə olacaq şəkildə bükürük. Sonra çəngəlin sapını uzun qalacaq şəkildə baş qisimindən kəsirik.

Sonrasında gördüyünüz bütün addımlar videoda dəqiq bir şəkildə aydın olur.

Qeyd: Bəzi qapıların kilidlərində bir çəngəlin girəcəyi qədər boşluq olmaya bilər. Ayrıca çəngəlinizin sapı, ucundakı dişlərin arasından keçə biləcək incəlikdə olmalıdır ki, kilidiniz funksional olsun.

Fira