Facebook, üzv olmasalar belə insanları niyə izləyir?

Facebook, üzv olmasalar belə insanları niyə izləyir?

Facebook istifadə etmirsinizsə, istifadə etsəm belə üzv olmayan şəxslərin izlənməyəcəkləyini düşünə bilərsiniz. Təəssüf ki, Facebook üzv olmayan şəxslərin məlumatlarını izləyir və bunu rədd etmir. ABŞ-da davam edən istintaqlar yeni skandalların ortaya çıxması üçün olduqca münasibdir.
Ötən həftə ABŞ Senatı və məclisində ümumi 12 saat ifadə verən Mark Zuckerberg, özünü və şirkətini məlumat skandallarından təmizə çıxarmağa çalışdı. Üzr istədi, aldadıldıqlarını vurğuladı. Ancaq Zuckerberg-ə yönəldilməsə də çox da aççıqlanmayan bir mövzu var idi.

Facebook-a üzv olarkən platformanın, öz istəyimizlə məlumatlarımızı istifadə etməsinə icazə veririk. Əlbəttə bu məulmatlarımızın reklam üçün icazə şərtiylə istifadə edilməsi problem təşkil etmir. Ancaq icazəsiz bir şəkildə istifadə edilməsi, casusluq səviyysinə çatan izləmə texnikaları insanları narahat edir. Digər tərəfdən Facebook tərəfindən izlənilmə vəziyyəti yalnız üzvlərə məxsus deyil.


Facebook, WhatsApp, Instagram və Messenger istifadə etmədikdə, ki böyük ölçüdə çox nadir bir insansınız, için rahat olmasın. Çünki Facebook sizi də təqib edir. Bunu keçən həftəki ifadələri əsnasında yönəldilən suallar üzərinə şəxsən Zuckerberg etiraf etdi.

ABŞ-lı millət vəkili Ben LUJAN, Zuckerbergdən Facebookun üzv olmayan insanları "təhlükəsizlik səbəbiylə" təqib etdiyi cavabını aldı. Konqres üzvləri bu skandallara səbəb olan məlumat axışının təşkil edilməsinin lazımlı olduğuna diqqət çəkdilər. Siyasətçilərin yanında Facebookun üzv olmayanları da izləməsi vəziyyəti, məxfilik müdafiəçisi olan qrupları da narahat edir.

ABŞ-da davam edən bu araşdırmalar dünyanın hər tərəfinə yayılmış 2.2 milyard üzvü, eləcə də platformaya üzv olmayan və internetdən istifadə edən hər bir insanı əhatə edir. Facebookun şəxsi məlumatlarımızdan qazandığı informasiya gücü bu günün əksər dövlətlərdən daha böyük bir imperiya olmasına səbəb olur.

Hətta ABŞ-da davam edən məxfilik istintaqları daxilində Google, Amazon, Twitter və Reddit kimi qlobal platformaların kiber təhlükəsizlik rəhbərləri ifadə verməyə çağırıldı.



sh