Həyatını tam 65 ildir “dəmir ağ ciyərlər aparatı”  içində keçirən vəkil: Paul Alexander

Həyatını tam 65 ildir “dəmir ağ ciyərlər aparatı” içində keçirən vəkil: Paul Alexander

Hamımızın həyatından şikayət etdiyi dövrlər olub. Həyatımızın çətin gəldiyi o günləri düşünərkən bizlərə dərs olması lazım olan bir ad var 'Paul Alexander.'

Teach.az xəbər verir ki, 70 yaşında olan Paul 5 yaşında keçirdiyi uşaq iflici narahatlığı səbəbiylə o dövrdən bu yana fotoşəkildə görmüş olduğunuz köhnə texnoloji kapsülün içində həyat mübarizəsi verir. Həyatının hər dövrünü bunun içində keçirməsinə baxmayaraq həyat enerjisi və həyata dünyagörüşüylə bütün insanlığa nümunə olmağa davam edir.



Bildiyiniz kimi uşaq iflici narahatlığı xəstələrdə tənəffüs çətinliklərinə səbəb olur. O dövrün şərtlərində bu narahatlığa tutulan Paul bu maşın ilə bir əlaqə qurub və həyatının geri qalanını bu cihaz içərisində keçirməyə qərar verib.



Sizə maraqlı bir məlumat verək: Paul Alexander bir vəkil və yalnız məhkəmə əsnasında təkərli kürsüsündə vaxt keçirə bilir. Çünki bu narahatlığı onun daha çoxunu etməsinə icazə vermir. Bədəni başdan aşağıya iflic olan Paulun yaxın zamanda bir kitab çıxarmağa da hazırlandığını ifadə etməkdə fayda var.

Fira