Microsoftun insanın öz sümük səslərini belə eşidə biləcəyi, dünyanın ən səssiz otağı

Microsoftun insanın öz sümük səslərini belə eşidə biləcəyi, dünyanın ən səssiz otağı

Microsoftun Vaşinqtonda olan mərkəzində xüsusi olaraq inşa edilən otaq haqqında danışan LeSalle Munroe (Microsoft Avadanlıq Mühəndisliyi işçisi), burada bir neçə saniyə tərpənmədən dayanan bir insan, qanının damarlarında gəzdiyini və gözlərinin yuvalarında oynadığını eşidəcəyini söyləyir.

Teach.az xəbər verir ki, şirkətin bəzi məhsullarını burada inkişaf etdirdiyi otaq, 2015-ci ildə dünyanın ən səssiz yeri ünvanını qazanıb. Ayrı bir təməl üzərində, vibrasiya üzərində 68 yay üzərində qurulan otaq, çöldəki səsi keçirməsin deyə 6 qat beton divarla örtülüb. Bu sayədə səsin divarlara dəyib əks-səda etməsi maneə törədilmiş olur. Qapılarının çərçivəsində xüsusi izolasyonları olan otaqdakı ventilyasiya, kabel girişi, hətta yanğın söndürmə təchizatı belə xüsusi olaraq hazırlanıb.



British Columbia Universitetində psixoloq Peter Suedfeld, səssiz otağa olan heyranlığını bu cümlələrlə ifadə edib: "ətrafımızı əhatə edən dünyada hər səsin əks-səda etməsinə elə öyrəşmişik ki, bu otaqda yalnız tox səs var. Eynilə qaranlıq bir otağa daxil olanda əvvəl heç bir şey görməyib də sonra gözlərinizin alışması kimi. "

Bu səssiz otaqdakı təcrübənin bəzi kəslərin xoşuna gəlsə də bəzilərində eyni təsiri yarada bilməyəcəyini söyləyən Suedfeld, "Otaqda ən uzun müddət qalan adam, ən çox bir saat dayana bilib. Çox qalsanız dəli olarsınız. Tüpürcəyinizi udmaq belə çox səsli gəlir insana "deyir.

Microsoft, bu an adını belə bilmədiyimiz texnologiyaları xaricində süni zəka assistenti Cortana-nın 3 ölçülü səsini və HoloLens kimi texnologiyalarını burada test edir.

Fira