Ata və anası öldükdən 4 il sonra doğuldu
Elmin təqdim etdiyi imkanlar, bəzən olduqca maraqlı və ümid dolu anlara şahid olmamızı təmin edir. Çində yaşanan bir doğumun hekayəsi də tam olaraq belədir. Dünyaya gələn uşaq, 4 il əvvəl ana və atasını bir yol qəzasında itirib.
Teach.az xəbər verir ki, cütlük, yol qəzasından əvvəl körpə sahibi olmaq istəyib və bunun üçün embrionlarını dondurub. Ən sonunda Laos şəhərindən olan bir surroqat ana sayəsində, dekabr ayında doğum reallaşıb. Qəza vaxtı isə cütlüyün dondurulmuş embrionu Nanjinq xəstəxanasında mənfi 196 dərəcədə saxlanılıb. Yeni doğulmuş körpəyə isə hər iki tərəfdən nənə və babası qəyyumluq hüququ tələb edir.
Tiantian adı verilən oğlan uşağının hansı ölkənin vətəndaşı olacağı mövzusu da problem yaradıb. Embrion, daşıyıcı anaya Laos-da yerləşdirilmiş, ana Çinə turist olaraq gəlib bir xəstəxanada doğum edib. Körpənin nənə və babaları DNT testləri etdirib və anayla atanın da Çin vətəndaşı olduqları sübut edilib. Tiantian körpə, bu sayədə Çin vətəndaşı olmağa haqq qazanıb.
Fira