35 Milyon manat qiyməti ilə dünyanın ən bahalı avtomobil nömrəsi!

35 Milyon manat qiyməti ilə dünyanın ən bahalı avtomobil nömrəsi!

Bir Mercedes Benz-ə taxılı olan 'F1' nömrəli avtomobil nömrəsi üçün sahibi, alıcılardan tam 35 milyon AZN tələb edir. Nömrənin sahibinin bu özünə inamı isə daha əvvəl gələn 14.3 milyon AZN təklifi rədd etməsindən irəli gəlir.
Avtomobilinizi nömrəsində ən çox olmasını istədiyiniz hərf ya da rəqəmlər hansılardır? Ad və soyadınızın baş hərfləri? Azərkeşlik etdiyiniz komandanın qısaltması? Bəs, bir nömrə üçün ən çox nə qədər ödəniş edə bilərsiniz? Bu sual əhəmiyyətlidir, çünki Afzal Khan, sahib olduğu avtomobil nömrəsi üçün tam 14.7 milyon Sterlinq, yəni 35 milyon AZN tələb edir.



Afzal Khan, 2008-ci ildə Essex Məclisindən 'F1' yazılı nömrəni 4.9 milyon AZN-a aldığında hər kəs ona gülmüşdü. Çünki nömrə 104 ildir Məclisin əlində idi və heç kim maraq göstərməmişdi. Amma Afzal kollektorların nömrə ilə maraqlanacağını bilirdi, beləliklə, nömrəni böyük məmnuniyyətlə aldı və Mercedes Benz-ə taxdı.

Afzal Khan,nömrəni aldıqdan 10 il sonra ilk dəfə satışa çıxarmağa qərar verdi. Lakin deyilənlərə görə 'F1' yazılı nömrə ilk dəfə satış təklifi almış olmayacaq. Afzal, 2014-ci ildə sahib olduğu avtomobil nömrəsi üçün gələn 14.2 milyon AZN-lıq təklifi heç düşünmədən rədd etmişdir. Çünki ona görə bu nömrə, bu qiymətdən çox daha qiymətlidir.



Afzal'ın 'F1' yazılı nömrə üçün təyin etdiyi qiymət 12 milyon Sterlinq, yəni 28.9 milyon AZN. Lakin satış prosesi ilə əlaqədar vergi və digər xərclər ilə nömrənin alıcı qiyməti 35 milyon AZN-a qədərdir. Əgər satış reallaşsa 'F1' dünyanın ən bahalı nömrəsi olacaq. Daha əvvəlki ən bahalı nömrə isə Ferrari 250 GT SWB'ye ilişdiyi düşünülən və 518.480 Sterlinqə alınan '25 O'nömrəsidir.



sh