Qocalar evində  yanına qıvrıldığı kim varsa 24 Saat içində ölən pişik- VİDEO

Qocalar evində yanına qıvrıldığı kim varsa 24 Saat içində ölən pişik- VİDEO

Oscar adlı bir pişik, 2005-ci ildən bu yana ABŞ-ın Rhode Island əyalətində olan bir qocalar evində yaşayır. Özünün olduqca qorxunc bir qabiliyyəti var. Yanına qıvrıldığı qocalar evi sakini 24 saat içində həyata vida edir.

Teach.az xəbər verir ki, Oscar, ABŞ-da yaşadığı qocalar evində kimin öləcəyini 24 saat içərisində əvvəldən təxmin edə bilir. Hansı qocalar evi sakininin yanına gedərsə o adam bir neçə saat içində ya da ən gec bir gündə həyatanı itirir. Oscarın bu davranışı üzərinə bir çox nəzəriyyə ortaya atıla bilər. Bunlardan ən təəccüblü olanı isə ölmək üzrə olduğunu anladığı kəslərə təsəlli vermək istəməsidir. Pişiklərin və itlərin insanlarla romantik bağlar qurduqları sübut edilmiş bir həqiqət olsa da Oscarın qabiliyyəti pişiyi bütün dünyaya eşitdirib.



Oscarın ölmək üzrə olan insanları digərlərindən necə ayırd etdiyi hələ böyük bir sirrdir. Özü bu günə qədər 25 adamın ölümünü doğru təxmin edib. Hətta artan hadisələrdən sonra Oscar kimin yanına getsə, qocalar evi personalı lazımlı əməliyyatlar üçün hazırlıqlara başlayır, sakinin ailəsinə və yaxınlarına birbaşa xəbər verilir. Hətta ölmək üzrə olduğu düşünülən adam üçün ibadət etməsi məqsədi ilə keşiş belə çağırılır.

Üstəlik yaşanan hadisələrin hamısında pişiyin qucağına oturduğu insanlardan heç birisi 24 saatdan daha çox dözə bilmir. Əlbəttə mövzuya vəqf olan mütəxəssislər araşdırmalarını davam etdirirlər. Ancaq hələ Oscarın sirri həll edilə bilmiş deyil.

Fira