Şampun reklamlarının yalanı ortaya çıxdı!

Şampun reklamlarının yalanı ortaya çıxdı!

Suave adında bir firma, reklam sektorunu alt-üst edəcək bir qərar ilə dünyanın ən realist reklam kampaniyasını reallaşdırdı. Üstəlik, rəqiblərinin çəkdiyi şişirdilmiş reklamlarda tətbiq olunan hiylələri istehlakçılara göstərməkdən çəkinmədi.

Hamımız şişirdilmiş şampun reklamlarını bilirik. Məhz saçları işıldayır deyə aşiq olunan qadınlar, onları gördüyündə özlərini itirən insanlar və bunun kimi bir çox qeyri-real reaksiya .. Özü də bəhsi keçən şampun reklamındakı işıldayan saçlar heç də həqiqəti əks etdirmir, saatlar çəkən baxım ya da buna bənzər proseslər nəticəsində ortaya çıxarılır kimi görünürdü, elə deyil?? Yaxşı sizə son dərəcə səmimi və realist bir markanın bu cür reklamların yalanının bilərək ortaya çıxardığını söyləsək?



Suave, 'Hair You Can Believe' şüarıyla ortaya atdığı kampaniyasında, qadınlara daha realistik bir dünyagörüşüylə şampunların ya da baxım vasitələrinin ən çox nə qədər faydalı ola biləcəyini izah etməyi seçdi. Bunu edərkən də şişirdilmiş reklamlara gedən rəqiblərinin yalanını ortaya çıxarmaqdan geri qalmadı və rəqiblərinin reklam çəkilişləri əsnasında tətbiq etdikləri hiylələri bir bir izləyənlərə təqdim etdi.

Məsələn, küləkdə ahənglə rəqs edən o saçları görəndə, əslində o saçların arxasında yaşıl adamların olduğunu və o saç hərəkətlərini etdiyini bilirdinizmi? Yaxşı, bəs o reklamlardakı həcmli saçların bir qoyma saç olduğunu? Artıq hamısına dair bir cavabımız var və heç bir şampun reklamı bizə asanlıqla təsir edə bilməyəcək.

Suave'nin bu cəsur hərəkəti necə nəticələr çıxaraq, reklam sektorunun inkişafını nə istiqamətdə dəyişdirəcək bilinməsə də, istehlakçını aldatmağa çalışmayan bu realist rəftarı bir çox reklamcı tərəfindən alqışla qarşılanır.



sh