Smayliklər Google Chrome-da istifadə üçün sınaqdan keçirilir!

Smayliklər Google Chrome-da istifadə üçün sınaqdan keçirilir!

Google Chrome indi internetdə gəzişərkən smaylik istifadəsini asanlaşdırır. O çox sevdiyimiz xarakterləri artıq internetdə axtarış edərkən də istifadə edə biləcəyik.

Şübhəsiz ki, xüsusilə söhbət proqramlarında smayliklər dərdimizi daha yaxşı izah etməyimizə köməkçi olur. Bu məzmunda Chrome Canary'nin Mac üçün nəşr etdiyi son distributivində, rəngli xarakterlərə sürətli giriş imkanı verən bir qısayola yer verdiyini görürük.


Yeni xüsusiyyət sayəsində istifadəçilər Chrome-da mauslarının sağ düyməsinə basdıqlarında açılan menyuda ilk olaraq smaylik seçimini görəcəklər. Ancaq bunu da söyləməliyik ki, xüsusiyyət hazırda Chrome test kanalı olan Chrome Canary-də iştirak edir, yəni hələ biz istifadəçilərin istifadəsinə açılmadı.

Hər şeyin yolunda getməsi və problem yaranmaması halında, xüsusiyyət böyük ehtimalla bir ay içərisində Windows, Mac, Linux və Chrome OS istifadəçiləri tərəfindən də istifadə edilə biləcək.



sh