Facebook etiraf etdi: Messengerdəki bütün şəkil və mesajlarınız yoxlanılır!

Facebook etiraf etdi: Messengerdəki bütün şəkil və mesajlarınız yoxlanılır!


Facebook, sosial şəbəkənin sui istifadəsinə maneə törətmək üçün Messengerdə göndərilən bütün mesaj və fotoşəkillərin izləndiyini, lakin məlumatların qətiliklə reklam məqsədli istifadə edilmədiyini söylədi.
Üst-üstə yaşanan məlumatların məxfiliyi pozuntusu skandallarının sonra Facebook, ictimai media istifadəçiləri gözündə etibarını az qala sıfırlamıştı. Sosial media nəhəngi, yeni etdiyi açıqlama ilə Messengerdəki bütün istifadəçilərin mesajlarının yoxlanıldığını açıqladı.


Lakin şirkətin açıqlamasına görə Messengerdəki söhbətlər şirkətin maddi qazancları məqsədi ilə deyil istifadəçi təhlükəsizliyi məqsədi ilə yoxlanır. Facebook ütün ismarıcların Messengerin sui istifadəsi və pis məqsədli proqramın istifadəçilər arasında paylaşılmasının qarşısını almaq üçün yoxlanıldığını açıqladı.


Bununla birlikdə Facebook, dünyanın ən məşhur vizual məzmun paylaşım platforması olan Instagramda da Messenger ilə eyni məlumat siyasəti və məzmun araşdırma qaydalarını istifadə etməkdədir.