YouTube mərkəzinə hücum edənin şəxsiyyəti açıqlandı!

YouTube mərkəzinə hücum edənin şəxsiyyəti açıqlandı!

Dünən axşam Kaliforniya ştatında qərargahına silahlı hücum təşkil edən şəxsin kimliyi aydın oldu. Nasim Najafi Aghdam adındakı 39 yaşındakı qadının bir YouTube kanalı olduğu və məzmunlarının filtrələndiyi ortaya çıxdı.
YouTube ümumi mərkəzinə təşkil edilən silahlı hücumda 4 adam yaralandı və hadisə zamanı təcavüzkar intihar etdi. Bu faciəli hadisənin əks-sədaları davam edərkən, təcavüzkarın şəxsiyyəti də ortaya çıxdı. Sosial media fenomeni olan Nasim Najafi Aghdam adlı şəxsin bir də Nasimi Sabz adında Fars, İngilis və Azərbaycanca məzmunlar paylaşdığığ kanalı vardı.

Əslən İran əsilli olan Aghdamın kanalı, qəribə görünüşü və tərzi səbəbindən bir dövr qlobal diametrdə məşhur olan məzmunlara sahib idi. Hadisədən dərhal sonra kanal YouTube tərəfindən bağlandı. Ancaq Aghdam'ın çəkdiyi "YouTube paylaşimlarıma maneə qoyur və filtrəliyir" adlı videosu hələ dövriyyədədir, fərqli kanallar tərəfindən paylaşılır.

Aghdam, ictimai mediada ayrı-seçkiliyə məruz qaldığını və bu işin başında YouTube olduğunu söyləyirdi.

ABŞ mətbuatına əks olunan xəbərlər, təcavüzkarın 9 millimetrlik bir silah istifadə etdiyinə dair idi. Hadisənin terror təşkilatları ilə əlaqəsi olmadığını və Aghdamın Kaliforniyada uzun müddət yaşamış olduğu bildirildi.

2017də Fevral ayında Facebook səhifəsindən "YouTube-da bərabər böyümə fürsəti yoxdur" mesajı paylaşan Aghdam'ın çıxardığı məzmunların bütünlük daşımadığı deyilir. Videolarında veganlık, idman və məşq, geyim və yerli rəqslərlə əlaqədar paylaşımlar var.

Aghdamın ola biləcək əlaqələri və hadisə haqqındakı istintaqlar davam edir. Yaralıların ikisinin vəziyyətinin kritik olduğu bildirilir.



sh