Mark Zuckerberg, Tim Cook-a cavab verdi

Mark Zuckerberg, Tim Cook-a cavab verdi

Ötən həftə bir reportajda Mark Zuckerberg-i laqeydlikdə günahlandıran Tim Cook-a cavab gecikməyib. Xatırlasanız Tim Cook, "Mən özümü belə bir vəziyyətin içərisinə salmazdım. Müştərilərimizi məhsul halına gətirmək, şirkət siyasətimizə uyğun bir vəziyyət deyil. "Cümlələrini işlədib.

Teach.az xəbər verir ki, Zuckerberg, Tim Cookun bu açıqlamalarına "Özü lazımından çox danışan biridir." Deyərək cavab verib. Ayrıca Facebook kimi bir xidmətin pullu olması vəziyyətində, hər kəsin üzv olmasının qeyri-mümkün hala gələcəyini və bu görə reklam dəstəkli rəhbərlik tərzinin özləri üçün məcburi olduğunu da sözlərinə əlavə edib.

Ayrıca Amazonun CEO-su Jeff Bezos-un söylədiyi "Bəzi şirkətlər vardır ki sizlərin daha çox pulunu ala bilmək üçün çox çalışır, bəzi şirkətlər isə sizlərdən daha az pul ala bilmək üçün çox çalışır." Sözlərinin düzgünlüyündən dəm vurub. Zuckerberg-ə görə Facebook, bu bəhsi keçən sözdəki ikinci seqmentə daxil vəziyyətdə və istifadəçilərindən ödəniş almamaq üçün əlavə bir efor sərf edir. Facebook yalnız insanların rahatlıqla üzv olub bir-biriylə əlaqə qura bilməsi üçün çalışır. Çünki belə bir xidməti insanlara ödənişli olaraq təqdim etsəniz, hər kəsin üzv ola biləcəyini əsla sığortalaya bilməzsiniz.

Fira