Drone istifadə edilərək 80 Milyon Dollarlıq iPhone qaçırıldı

Drone istifadə edilərək 80 Milyon Dollarlıq iPhone qaçırıldı

Texnologiyanın inkişafıyla ortaya çıxan hər məhsul, yaxşı ya da pis məqsədlərlə istifadə edilə bilər.

Teach.az xəbər verir ki, son illərdə xüsusilə kinosu və fotoqrafiya sektorunda sıxlıqla istifadə edilən drone-lar, bu dəfə bir cinayət aləti olaraq istifadə edilib. Çində meydana gələn hadisədə ölkəyə qeyri-qanuni iPhone soxmağa çalışarkən tutulan 26 nəfərlik qaçaqçılıq şəbəkəsi, bunun üçün drone-lardan kömək alıb.



Hong Kong ilə Çinin Shenzhen şəhəri arasına 200 metrlik bir kabel çəkmək üçün drone-ları istifadə edən qaçaqçılar, 10lu paketlər halında gecədə 15 min yenilənmiş iPhone-u Hong Kongdan Çinə daşıyıblar. Rəsmilərin açıqlamalarına görə bu ana qədər 80 milyon dollar dəyərində iPhone, qeyri-qanuni olaraq Çinə daxil olmuş vəziyyətdədir.

Fira