Kompüterinizdə necə yaz təmizliyi edərsiniz?

Kompüterinizdə necə yaz təmizliyi edərsiniz?

Kompüteriniz çox yavaş işləyir? Kompüterinizdə istəmədiyiniz milyon dənə pop-up çıxır? Tək çarə kompüterə format atmaq deyil.
Təmizliyi yalnız klaviatura silməklə deyil, eyni zamanda artıq istifadə edilməyən proqramlar və fayllar da daxil olmaq üzrə kompüterinizdəki gərəksiz şeyləri silərək əməkdar kompüterinizdəki digital qarışıqlığı aradan qaldıra bilərsiniz. Bunu necə edəcəyinizə dair bizlərdən, siz dəyərli oxucularımıza bir neçə ipucu:

Köhnə Uygulamaları Təmizləyin


İstifadə edilməyən tətbiqləri kompüterinizdə saxlamanın zərəri nədir? Bu proqramlar saxlama yerinizi tutur və əməliyyat sisteminizə ehtiyacınızdan daha çox çalışmasına səbəb olur. Sizə lazım olmayan proqramları müəyyən etmək və onları aradan qaldırmaq üçün vaxt ayırın və onları silin, fikrinizi dəyişdirsəniz, daha sonra yenidən yükləyə bilərsiniz. Tətbiqlərinizi gözdən keçirərkən, saxlamaq istədiyiniz bəzi şeylər tapa bilərsiniz. Bunlar bir tətbiqdirsə ən son versiyalarını istifadə etdiyinizdən əmin olmaq üçün yenilərini yükləyin.

Rəqəmsal Dağınıqlığı Təmizləyin

Bu vəziyyət cihazınızı istifadə edərkən qaçınılmaz bir nəticədir. Meydana gətirdiyiniz və unutduğunuz elementlər, və ya tətbiqlər tərəfindən yaradılan müvəqqəti fayllar və s. Bunun olmasını dayandıra bilməzsiniz, amma qarışıqlığın üst qisimində nizamlı bir açıqlıq yarada bilərsiniz.

Windows və ya MacOS haqqında həqiqətən bir şey bilmirsinizsə, bu vəzifə üçün bir proqramdan kömək almaq yaxşı bir fikirdir. CCleaner (Windows və MacOS üçün) ən yaxşı pulsuz variantlardan biridir və CleanMyMac və System Mechanic kimi digər proqramları da (pulsuz olmasa da) istifadə edə bilərsiniz.


Brauzerinizi Təmizləyin

Zamanımızın çoxunu bir brauzer keçiririk və bu da ciddi bir təmizlik edə biləcəyiniz başqa bir sahədir. Yuxarıda qeyd etdiyimiz kimi CCleaner, brauzerinizin həqiqətən ehtiyac duymadığı digital zibilləri təmizləmədə yaxşı bir iş çıxarar.

Chrome'da 'parametrlərə' gedin və 'qabaqcıl parametrləri göstərin-ə klikləyin, sonra 'yaddaşa alınmış faylları, brauzer tarixi, plugin data' və s. Bu brauzerinizin təmiz olmasını təmin edəcək. Firefox'ta bu seçim "üstünlüklər", "qabaqcıl", "şəbəkə" və "yaddaşa alınmış veb məzmun" altındadır. Microsoft Edge'de, 'parametrlərə'a gedib' brauzer məlumatlarını təmizləmək lazımdır. Son olaraq, Safaridə bu əməliyyatı, tətbiq menyusunu açıb və "keçmişi temizlə"ni seçərək edə bilərsiniz.


Sisteminizi təşkil edin


Fayllarınızı təyin olunan istifadəçi qovluqlarına ayırın. İstədiyiniz faylı tez bir zamanda açmaq lazım olduğunda üstünlüklərini görəcəksiniz. Xüsusilə, kompüterinizdəki faylların və qısa yolların çoxunu saxlamağa çalışmalısınız; çünki proses kompüterinizin daha sürətli çalışmasını təmin edəcək. Dropbox, Google Drive, OneDrive və iCloud daxil olmaqla bir sıra bulud xidmətləri, fayllarınızı vebdə saxlayacaq və kopyalarını silmək üçün seçim təklif edəcək. Bu əməliyyat, bəzi sabit disk sahələrini boşaltma və əməliyyat sisteminizdəki yükü eyni anda yüngülləşdirmənin rahat bir yoludur.



Fiziki Təmizlik

Kompüteriniz açıqdırsa, onu tokdan çəkərək başlayın. Sonra, klaviaturanın və əlaqə nöqtələrindəki çirkləri kiçik süpürgə köməyiylə alın. Sonra siçan və klaviatura kimi maşın və avadanlıqları silmək üçün quru bir mikrofiber parça istifadə edin. Qulaq çubuqları, kompüterinizin klaviatura aralarını təmizləməkdə sizə köməkçi ola bilər. Mümkündürsə ananızı çağırın, bəlkə sizdən daha yaxşı təmizləyəcək.

Artıq dəf kimi bir kompüterə sahibsiniz, gülə-gülə çirkləndirin! :)


sh