Silinmiş belə olsa telefonunuzdakı hər şeyi tək-tək ortaya çıxardan sirrli cihaz!

Silinmiş belə olsa telefonunuzdakı hər şeyi tək-tək ortaya çıxardan sirrli cihaz!

İngiltərədə təhlükəsizlik qüvvələrinin axtarış icazəsinə ehtiyac duymadan, telefonlardakı hər şeyi ortaya çıxardan cihazla əlaqədar bir video paylaşıldı. Görüntülərdə, cihaza bağlanan hər telefonun silinmiş olsa belə e-poçt, mesajları, video və şəkilləri daxil hər şey bir anda qarşınıza çıxır.

Gizlilik pozuntularının çox gündəmdə olduğu bir dövrdən keçirik. Facebookun çox vaxt icazə almadan istifadəçilərin məlumatlarını seçki araşdırmaları və reklam üçün istifadə etdiyi ortaya çıxınca, bütün dünya məlumatların təhlükəsizliyini müzakirə etməyə başladı.
Tam da bu ərəfədə İngiltərədən gələn bir çox görüntü, adətən polis qüvvələritərəfindən istifadə edilən maraqlı bir cihazın varlığını sübut etdi. Bu cihaz, hər hansı bir məlumat limiti olmadan, cihazlardakı bütün məlumatları silinmiş olsalar belə saniyələr içində ortaya çıxardır. Yerləşmə məlumatları, SMSlər, e-poçt, şəkil və videolar daxil hər şey bir anda təhlükəsizlik qüvvələrinin əlinə keçə bilir.

Cihazın ən diqqət çəkən xüsusiyyətlərindən biri də çəkəcəyi məlumatın limitsiz ola bilməsidir.

Görüntülər nəşr olunduqdan sonra İngiltərədəki müxalifət qrupları, onun istifadə şəkli ilə bağlı tənqidlər gətirdilər. Çünki insanların telefonlarına bağlanmaq və məlumatlarına çatmaq üçün icazə alma ehtiyacı duyulmur. Bu vəziyyət axtarışda olan günahkarların telefonları xaricində günahsız insanları da zərər çəkmiş vəziyyətə sala bilər.

BBC jurnalistlərin Victoria Derbyshire tərəfindən aparılan danışıqlar nəticəsində ortaya çıxan cihaz, hazırda İngiltərə və Uels-də ən az 26 qrup tərəfindən istifadə edilir.

Silinen məlumatlara çatma vəziyyəti də narahatlıqlara səbəb olur.



Ağıllı telefonlara çöldən müdaxilə etmək mümkündür. Xüsusilə etibarsız tətbiqlər vasitəsilə sizi günahkar vəziyyətə salacaq fayllar telefonunuza yüklənə bilər. Bu texnologiyanın istifadəsini tənzimləyən qanuni standartlar yayılsa, bir çox günahsız insan haqsız sanksiyaya məruz qala bilər.

Təhlükəsizlik güclərinin əllərində belə texnologiyaların olması olduqca məntiqli. Ancaq sui-istifadəsi olə bağlı nümunələri yaxın zamanda görməyə başlaya bilərik.



sh