Yüz minlərlə Volkswagen Avtomabili, Kaliforniyada Bir Səhrada Saxlanılır!

Yüz minlərlə Volkswagen Avtomabili, Kaliforniyada Bir Səhrada Saxlanılır!

Son bir neçə ildir ki, başı emissiya testləri üzündən dərddə olan Volkswagen, ABŞ-dan sonra Almaniyada baş verən böhran üzündən yenidən çətin günlər yaşayır.
Avtomobil nəhəngi Volkswagen, ötən illərdə baş verən emissiya skandalından sonra bir çox iddia ilə qarşı-qarşıya qalmış və 16 milyard dollarlıq bir təzminat ödəmək məcburiyyətində qalmışdı. Vasitələrin egzoz emisyon dəyərlərini manipulyasiya edərək daha az göstərdiyi ortaya çıxan firma, minlərlə vasitəsini bazardan çəkmək məcburiyyətində qalmışdı. ABŞ-da açılan iddialar və ödənilən təzminatdan sonra indi də eyni vəziyyət Almaniyada ard-arda açılan iddialar ilə yenidən gündəmə gəldi.

Almaniyada Federal İnzibati Məhkəməsi 'dizel vasitələrə qadağan gətirmə' səlahiyyətini əyalətlərə buraxdıqdan sonra şirkət gəlmə ehtimalı olan qadağalara qarşı tədbir almaq üçün potensial müştəri axtarışına başladı. Əks halda qadağan edilən şəhərlərdəki vasitələrini satın almaq məcburiyyətində qalacaq olan VW, ABD'dki böhrandan hələ yeni xilas olmuşdu ancaq vəziyyət hələ düzələk kimi görünmür.

Bu xəbərlərin gündəmə gəlməsi ilə birlikdə, şirkətin ABŞ-da bazardan çəkdiyi nəqliyyat vasitələrini yığdığı avto qəbiristanlığından da maraqlı vizuallar gəldi. 350.000'dən çox vasitə, Kaliforniyada bir səhrada saxlanılır və vasitələrin aqibətinin nə olacağı da hələ müəyyən deyil. Almaniyada açılan davalarda 'sözü gedən hiylənin edildiyi proqramı yenilədikləri' səbəbi ilə təzminat ödəməyi qəbul etməyən şirkət, bir tərəfdən dövlətlərin açdığı iddialar ilə məşğul olarkən bir tərəfdən yeni vasitə tələb edərək iddia açan müştəriləri ilə boğuşur.

Almaniyanın bir çox şəhərində, tənəffüs yolu xəstəliklərinə yol açdığı bilinən atmosferdəki azot oksid nisbəti AB limitlərinin üzərindədir. Bu səbəblə mövzu Alman istifadəçilər üçün son dərəcə kritikdir və VW uzunca müddət daha bu iddialar ilə məşğul olmaq məcburiyyətində qalacaq kimi görünür.


sh