Ucuz iPad istifadəçilər ilə nə vaxt görüşəcək?

Ucuz iPad istifadəçilər ilə nə vaxt görüşəcək?

Apple-ın, Çikaqoda təşkil etdiyi təqdimatda, Apple Pencil dəstəyi olan yeni 9.7 düym iPad tablet modelini təqdim edib.

Yeni iPad, şirkətin indiyə qədər satdığı ən ucuz tablet modelidir. Məktəblərdə istifadə edilməsi hədəflənən uyğun qiymətli iPad, ABŞ-da təhsil müəssisələri tərəfindən 299 dollara satın alına bilər. Fərdi şəkildə məhsul almaq istəyən istifadəçilər isə, 329 dollarlarından keçməlidi.



Çatdırılma tarixi haqqında ilk məlumat, hər zaman olduğu kimi ABŞ-dan gəlib. Qələm dəstəyinə sahib yeni 9.7 düymlük iPad modelinin satışına 2 Apreldə başlanacaq. Dizayn baxımından hər hansı bir fərqi olmayan yeni iPad, gücünü Apple-ın A10 Fusion prosessorundan alır. Cihaz, 9.7 düym böyüklüyündə Retina ekran ilə təchiz olunub.

10 saata qədər batareya müddəti təqdim edən yeni 9.7 düymlük iPad, daha əvvəl ifadə etdiyimiz kimi Apple Pencil dəstəyinə sahibdir. Ayrıca, məhsulu alan şagirdlərə 200 GB iCloud istifadə imkanı pulsuz olaraq təmin edilir.

Fira