Yenidən istifadəçilərin gözünə girmək istəyən Facebook, Gizli Şərhlər xüsusiyyətini test edir

Yenidən istifadəçilərin gözünə girmək istəyən Facebook, Gizli Şərhlər xüsusiyyətini test edir

Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook, Cambridge Analytics skandalından sonra hələ Facebook hesabını silməmiş olan istifadəçilərini platformada tuta bilmək üçün yeni bir xüsusiyyət test etməyə başlayıb: Gizli Şərhlər.

Gizli Şərhlər xüsusiyyəti, adından da aydın ola biləcəyi üzrə hər kəsə açıq bir göndərmə etdiyiniz şərhin yalnız sizin təyin etdiyiniz bir kütlə tərəfindən görülə bilməsinə imkan verir. Beləcə bir Status altına fikirinizi yazdıqda, bu şərhin müəyyən kəslər tərəfindən görülməsini təmin edə bilərsiniz.



Gizli Şərhlər xüsusiyyəti hələ məhdud sayda istifadəçi tərəfindən test edilir. Bu anda 'gizli' olaraq paylaşdığınız şərhləri səhifə sahibləri daxil kimsə görə bilmir. Lakin Facebook, irəliləyən dövrlərdə səhifə sahiblərinin gizli şərhləri görə biləcəyi bir variant təqdim edəcək.

Bir yazı haqqında biriylə danışmaq istəyəndə göndərimi dostunuza mesaj olaraq göndərə ya da bir şərh ilə dostunuzla paylaşa bilərsiniz. Lakin bu iki üsul də birbaşa göndərmə altında danışmaq qədər praktik deyil. Yeni xüsusiyyətin istifadəçilər tərəfindən bəyənilməsi gözlənilir.

Fira