iOS 11.3 təqdim edilir- YENİLİKLƏR

iOS 11.3 təqdim edilir- YENİLİKLƏR

Uzun beta prosesləri və sınaqlardan sonra Apple, yeni iOS 11 versiyası olacaq iOS 11.3 üçün geri saymağa başlayıb.

Teach.az xəbər verir ki, normalda 27 Martda çıxması gözlənilən amma son anda gecikən yeniləmə, gün içərisində dəstəklənən cihazlara paylanacaq. Həyata keçirilən xüsusi fəaliyyətdən sonra iOS 11.3 üçün də müjdəli xəbər verilmişdi. iOS inkişaf edici proqramına daxil olanların hal hazırda istifadə edə bildiyi yeni əməliyyat sistemi versiyası, hansı xüsusiyyətləri gətirir?



Bir müddət əvvəl ortaya çıxan- iPhone batareya skandalından sonra, Apple cihazlarına yeni bir nizam variantı gətirməyə qərar verib. Artıq mobil cihazınızda Ayarlar> Batareya menyusuna girdiyinizdə, batareyanın aşınma nisbətini görə biləcəksiniz. Ayrıca cihazın batareyası yaxşı vəziyyətdə deyilsə, batareyanı dəyişdirməniz üçün xəbərdarlıq alacaqsınız. Bu xüsusiyyət iPhone 6 və üstü modellərdə etibarlı olacaq.

İstifadəçilər cihazlarından maksimum performansı ala bilmək üçün güc rəhbərliyi xüsusiyyətini istədikləri kimi aktiv və ya passiv hala gətirə biləcəklər. Bu xüsusiyyət Ayarlar> Batareya hissəsində əlçatan olacaq. Xüsusiyyət iPhone 6, iPhone 6S, iPhone SE və iPhone 7 modellərində etibarlı olacaq.

ARKit sayəsində divar, qapı və digər səthlərə virtual oyuncaqlar yerləşdirilə bilinəcək. Ayrıca xəritə redaktoru sayəsində səthlərin quruluşu çox daha yaxşı bir şəkildə oxuna biləcək.

Yeni- Sağlamlıq qeydləri xüsusiyyəti Sağlamlıq tətbiqi içinə əlavə olunacaq. Bu xüsusiyyət xəstəxanalar, klinikalar və Sağlamlıq tətbiqinin özündə olan qeydləri bir araya gətirəcək və təşkil edəcək. Xidmət parol qorunan olacaq.

4 yeni animasiya xarakteri əlavə olunacaq. Bu xarakterlər; aslan, ayı, əjdaha və kəllə

Musiqi klipləri Apple Musicə əlavə olunacaq. İstifadəçilər bu klipləri izləyərkən heç bir şəkildə reklam tərəfindən narahat edilməyəcəklər.

Business Chat xüsusiyyəti beta olaraq əlavə olunacaq.

İnkişaf etmiş Mobil Müşahidə xüsusiyyəti sayəsində istifadəçinin mövqeyi asanlıqla təcili xidmətlərə göndərilə biləcək. Əlbəttə olduğunuz bölgənin xüsusiyyəti dəstəkləməsi lazımdır.

iOS 11.3 versiyasını dəstəkləyən Apple cihazları isə bu şəkildədir:

iPad AiriPad Air 2
iPad ProiPad 9.7
iPad mini 2
iPad mini 3
iPad mini 4
iPod touch 6th
iPhone 5s
iPhone SE
iPhone 6/6 Plus
iPhone 6s/6s Plus
iPhone 7/7 Plus

iPhone 8
/8 Plus

Fira