Facebook artıq bütün nəzarəti sizə verir

Facebook artıq bütün nəzarəti sizə verir

Facebook yaşanan qalmaqallardan sonra yeni təhlükəsizlik tədbirləri almağa, istifadəçilərin platformaya olan dünyagörüşünü dəyişdirmək içim həmlələr etməyə davam edir. Ayrıca istifadəçilərin məxfilik və məlumat nizamları genişləndirilir.

Teach.az xəbər verir ki, mobil cihazlardakı parametrlər menyusu, axtardığınız şeyi daha asan tapmağı təmin edəcək şəkildə başdan sona yenidən hazırlanmış vəziyyətdədir. 20 fərqli ekrana yayılmış ayarlar yerinə, artıq bunların hamısına tək bir yerdən çatmaq olur. Buna əlavə olaraq, hansı məlumatların tətbiqlərlə paylaşılıb paylaşılamayacağının dəqiq olaraq aydın ola bilməsi üçün, aktual olmayan ayarları da təmizlənib.



Gizlilik Qısa yolları, idarələrin necə çalışdığını daha açıq şəkildə izah edən və yalnız bir neçə toxunuşla məlumatlarınızı idarə edə biləcəyiniz yeni bir menyu halına gəlib. Şirkətin açıqlamasına görə, artıq bu təcrübə daha vizual, dəqiq və asan tapıla bilir. Yeni tənzimləmələr bu şəkildədir:

Hesabınızı daha etibarlı hala gətirə bilərsiniz: Hesabınıza iki faktorlu doğrulama kimi daha çox qoruma layı əlavə edə bilərsiniz. Əgər bu xüsusiyyəti təsirli hala gətirsəniz və biri tanımadığınız bir cihaz hesabınıza daxil olmaq üçün çalışırsa, sizdən bu adamın siz olduğunu təsdiq etməniz istənir.

Şəxsi məlumatlarınızı idarə edə bilərsiniz: Nə paylaştığınıza baxa bilər və istəsəniz silə bilərsiniz. Buna göndərdiyiniz yoldaşlıq istəkləri və etdiyiniz axtarışlar da daxil edilmiş vəziyyətdədir.

Paylaşımlarınızı və fərdi məlumatlarınızı kimlərin gördüyünü idarə edə bilərsiniz: Facebook-da paylaşdıqlarınızın sahibi sizsiniz və paylaşımlarınızı ya da şəxsi məlumatlarınızı kimlərin gördüyü kimi mövzuları asanlıqla idarə edə bilərsiniz.

Təbii olaraq, bəzi insanlar keçmişdə paylaşdıqları şeyləri silmək istəyərkən, bəziləri də yalnız Facebookun əlindəki məlumatlarla maraqlanırlar. Bu görə insanların yazıları, reaksiyaları, şərhləri və axtardıqları şeylər kimi bütün məlumatlarına etibarla çataraq onları idarə edə biləcəkləri "Məlumatlarınıza çatın" vasitəsi istifadəyə təqdim edilir. Artıq bu vasitəni istifadə edərək, Facebook-da olmasını istəmədiyiniz hər şeyi zaman tunelinizdən ya da profilinizdən silə biləcəksiniz. Əlavə olaraq, Facebook-la paylaşdığınız məlumatları yükləmək də asanlaşdırılır.

Fira