9 yaşındakı uşaq, oyun konsolunu buraxmayan 13 yaşındakı bacısını silahla vurdu!
Kompüter oyunlarının uşaq üzərindəki mənfi təsirləri qlobal diametrdə əks-səda oyandırmağa davam edir. ABŞ-ın New York əyalətinə bağlı Monroe şəhərində yaşayan 13 yaşındakı bir qız uşağı, oyunların təsirində qalan 9 yaşındakı qardaşı tərəfindən vuruldu.
Video oyunlarına dair yaş məhdudiyyətlərinə qarşı sanksiyalar dünyanın heç bir yerində işləmir. Demək olar ki, hər həftə fərqli bir yerdən oyunlardan təsirlənən və real həyatı ayırd edə bilməyən uşaqların xəbərləri gəlir. New Yorkun Monreo Country bölgəsində yaşayan və adı açıqlanmayan bir qız uşağının kiçik qardaşı tərəfindən vurulması, səlahiyyətliləri hərəkətə keçirdi. Qızın həyati təhlükəsi davam edir.
17 Mart Şənbə günü baş verən hadisə haqqında danışan bölgə polisi Cecil Cantrel, qızın başının arxasından vurulduğunu və güllənin birbaşa beyninə dəydiyini açıqladı. Onun sözlərinə görə, qardaşı onun oyun konsolunu verməsini istəyirdi və vermədiyi üçün onu vurdu.
Hadisənin ardından qız yaxınlıqdakı Le Bonheur Uşaq Xəstəxanasına aparıldı və ilk müdaxilələr edildi. 13 yaşındakı qızın bu anda reanimasiyada olduğu bildirildi. Uşaqların silaha necə bu qədər rahat çatdığı və təhlükələri haqqında nə qədər məlumat sahibi olduqları hələ bilinmir.
Cantrell, 9 yaşındakı uşağın video oyunlarının təsirində qalaraq bacısımı vurduğu ehtimalına istiqamətli çalışdıqlarını ifadə etdi. Açıqlamalara görə, uşaqların valideynləri də nəzarətə alınıb və hələ də azad edilməmişdir.
13 yaşındakı qız uşağı üçün bölgə xalqına video oyunları mövzusunda xəbərdarlıqlar edilməyə davam edilir.
Vəziyyət başqa bir ölkənin sərhədləri içərisində yaşanmasına baxmayaraq, valideynlərin şiddət doazsı getdikcə artan video oyunlarına qarşı uşaqları üçün tədbirlər görməlidirlər. Bu tərz hadisələr artıq dünyanın alışdığı xəbərlər olub.
sh