Video çəkərkən sevgilisini öldürən Youtuber qadının aldığı cəza müəyyən oldu

Video çəkərkən sevgilisini öldürən Youtuber qadının aldığı cəza müəyyən oldu

YouTube-da zarafat videosu çəkmək istəyərkən sevgilisini öldürən 22 yaşındakı gənc qadının cəzası müəyyən olub.

Teach.az xəbər verir ki, ABŞ-da yaşanan bu hadisədə, 22 yaşındakı Pedro Ruiz, YouTube-da viral olmaq üçün sevgilisi Monaliza Perezin 30 sm uzaqdan özünə atəş etməsini istəyib. Ortaya qoyduqları qalın bir kitabın özünü qoruyacağına inanan Perez, kitabdan gözlədiyi qorumağı ala bilməyincə güllə bədənindən içəri girərək ağır yaralanmasına səbəb olub. Ruiz-in ölümündən sonra iki uşaq anası Perez, ikinci dərəcə adam öldürmədən günahkar olub.



Minnesota-da reallaşdırılan məhkəmədə hakim Jeffrey REMICK, Perezin cəzasını açıqlayıb. Bu cəza qarşılığında;

180 gün (6 ay) həbs cəzası: İlk 90 günü həbsxana, qalan 90 gün isə ev həbsi ola bilər.

10 il ərzində nəzarət altında tutulacaq.

Həyatı boyunca odlu silahlara yaxınlaşması qadağan olunub.



Bu hadisənin gənc qadının sevgilisi Pedro Ruiz tərəfindən planlaşdırılması və qadına bu mövzuda bir problem çıkmayacağına dair zəmanət verməsi, Perezin cəzasının yüngülləşməsini təmin edib. Perez və Ruiz, dünya üzərindəki digər bir çox adam kimi şöhrət axtarışlarına qurban gedib.



"Pedro və mən, düşünürəm bu ana qədərki ən təhlükəli videolardan birini çəkəcəyik. Onun ideyası idi, mənim deyil"

Bir Desert Eagle tapançayla reallaşdırılan hərəkət, canlı yayında 30 tamaşaçı və 3 yaşındakı uşaqlarının qarşısında reallaşıb. Hadisə baş verdikdən sonra sevgilisini səhvən vurduğunu polisə xəbər verən Perez, hadisədən qısa bir müddət sonra ikinci uşağına hamilə olduğunu öyrənib.

Fira