ABŞ İranı sosial şəbəkələri blokdan çıxarmağa çağırdı

ABŞ İranı sosial şəbəkələri blokdan çıxarmağa çağırdı

ABŞ prezidenti Donald Trampın administrasiyası İran hökumətini etirazlar fonunda bağlanan Instagram və digər sosial şəbəkələri açmağa çağırıb.

Teach.az-ın xəbərinə görə, bu barədə “Associated Press” nəşri yazır.

“Bu sosial şəbəkələr qanuni kommunikasiya vasitələridir”, - Dövlət Departamentinin katibinin müavini Stiven Qoldşteyn bildirib.

O əlavə edib ki, İranda insanların bu saytlara çıxışı olmalıdır.