Lacoste, olduqca mənalı bir səbəblə şüarını dəyişdirir

Lacoste, olduqca mənalı bir səbəblə şüarını dəyişdirir

Dünya tərəfindən məşhur Fransız geyim markası Lacoste, nəsli kəsilməkdə olan canlılara diqqət çəkmək məqsədi ilə 'canlıları qoruyaq' adı altında bir kampaniya başladıb.

Teach.az xəbər verir ki, kampaniya daxilində orijinal şüarı bir timsah olan Lacoste, şüarını dəyişdirərək nəsli tükənməkdə olan heyvanların logo olduğu köynəklər satışa çıxarılacaq.



Canlıları qoruyaq kampaniyasında hər heyvanın həyatda qalan fərd sayı qədər köynək istehsal edilmiş vəziyyətdədir. Buna görə nəsli tükənməkdə olan 10 heyvanın Lacoste şüarı olduğu ümumi 1775 köynək satışa təqdim edilib. Lacoste, canlıları qoruyaq kampaniyası daxilində istehsal etdiyi məhdud saydakı köynəyi 150 Avro qiymət etiketi ilə satışa təqdim edib. Əldə edilən bütün gəlirlərin Dünya Təbiət və Təbii Resursları Qoruma Birliyinə köçürüləcəyi açıqlanan kampaniya daxilində Avropada satışa çıxan bütün köynəklər tükənmiş vəziyyətdədir.

Fira