Dünyanın ən yaşanılası 10 ölkəsi!

Dünyanın ən yaşanılası 10 ölkəsi!

Birləşmiş Millətlər Təşkilatının nəşr etdiyi hesabata görə, dünyanın ən yaşanılası 10 ölkəsini sizin üçün siyahıya aldıq.
Hər kəs doğulan və böyüdüyü yer onun üçün fərqli bir məna və bir başqa gözəl gəlir. Ancaq bu vəziyyəti göz ardı etdiyimizdə təqdim etdiyi sosial imkanlar və həyat standartlarına görə bəzi ölkələr həqiqətən yaşamaq üçün ən yaxşılarıdır.
Birləşmiş Millətlər Təşkilatının qısa bir müddət əvvəl, insanların uzun və sağlam bir şəkildə yaşadığı ölkələri göstərən Humanitar İnkişaf Hesabatını yayımladı. Bu rapordaki ölkələr həyat gözləntisi, təhsil, gender bərabərliyi və maliyyə zənginliyi kimi kateqoriyalara görə sadalandı. İstəsəniz sözü çox uzatmadan dünyanın ən yaşanılabilir 10 ölkəsinə keçək.

10. Kanada

Insanlarının mədəniliyi ilə bəzən lağ mövzusu olsa da, təqdim etdiyi sosial həyat imkanları sayəsində Kanada bir çox adamın yerləşməyi düşündüyü yerlərin başında gəlir. Bu ölkə təhsil baxımından ən üst sıralarda iştirak edir.

9. İslandiya

İslandiyadakı insanların ömürləri ortalama 82.7 il davam edir və ölkədəki insanların həyatdan gözləntiləri çox yüksəkdir.

8. İrlandiya

İrlandiyada cinayət nisbətləri olduqca aşağıdır, son paylaşılan məlumatlara görə cinayət nisbəti 100 min adamda 1.1 səviyyəsindədir.

7. Hollandiya

Hollandiyanın tək mənfisi aşağı nisbətdə bir gəlir bərabərsizliyi olmasıdır, bunun xaricində bu ölkədə möhtəşəm bir həyat keçirə bilərsiniz.

6. Sinqapur

Bu ölkənin insanları İslandiyadan daha uzun müddət yaşayırlar. Singapurun ortalama həyat müddəti 83 ildir.

5. Danimarka

Sıralamada Danimarka Sinqapur ilə bərabər yerə sahibdir. Ölkədə maaşlara görə hesablanan cinsiyyət fərqi% 7.8 olaraq təsbit edilmişdir
4. Almaniya

2014-ci ilin oktyabr ayı etibarilə əhalinin�'sından çoxunun orta təhsilə sahib olduğu Almaniyada universitet təhsili tamamilə pulsuz olaraq verilir.

3. İsveçrə

İsveçrə sağlamlıq baxımından dünyanın ən yaxşı ölkələrindən biridir. Burada yaşayan insanlar orta hesabla 83 yaşa qədər yaşayırlar.

2. Avstraliya

Avstraliya uzun təhsil müddətilə diqqət çəkir. Birləşmiş Millətlər Təşkilatının çox şagirdin təxminən 20 il məktəbə getdiyini açıqladı.

1. Norveç

Son 13 ildir Norveç, həyat standartı və təhsil səviyyəsində yüksək sıralarda iştirak edir. Bundan əlavə, ictimaiyyət tərəfindən maliyyələşdirilən səhiyyə sistemi sayəsində ölkənin orta ömür sürəti təxminən 82 ildir.

BMT-nin hesabatına görə dünya son dövrdə yaşamaq üçün daha yaxşı bir yer halına gəlir. 800 milyon insan hələ də aclıq içində olmasına baxmayaraq, son 25 ildə 1 milyarddan çox insan həddindən artıq yoxsulluqdan orta gəlir səviyyəsinə qalxmışdır.


sh