Microsoftdan Skype üçün ƏHƏMİYYƏTLİ AÇIQLAMA

Microsoftdan Skype üçün ƏHƏMİYYƏTLİ AÇIQLAMA

Microsoft tərəfindən bu gün edilən açıqlama, Skype tətbiqini köhnə model Android əsaslı ağıllı telefonlarda istifadə edənləri sevindirəcək. Çünki firma tətbiqin köhnə cihazlarda daha yaxşı bir performans göstərə bilməsi üçün optimize edildiyini rəsmi olaraq eşitdirib.

Teach.az xəbər verir ki, Microsoft tərəfindən edilən açıqlamaya görə Skype, Androidin 4.0.3 versiyasından 5.1 versiyasına qədər olan bütün əməliyyat sistemləri üçün yenilənib və yenidən hazırlanıb. Bəhsi keçən Android versiyaları birinə sahib olan ağıllı telefonların günümüzdəki cihazlara nisbətlə daha aşağı təchizata sahib olması da yeniləmə hazırlanarkən göz önünə alınan ən əhəmiyyətli detal olub.



Tətbiqin yeni versiyası artıq yaddaş içərisində örtdüyü yer baxımından çox daha kiçik ölçülərə sahib olacaq və normala nisbətlə çox daha az yaddaş istifadə edəcək. Lakin iddialara görə edilən bu kəsintilər tətbiqin performansına heç bir mənfi təsir yaratmayacaq.

Görünüşə görə büdcə dostu Android cihaz istifadəçiləri artıq tətbiqi istifadə edərkən daha az sistem qaynağı istehlak edərkən, köhnəsinə nisbətlə çox daha sürətli bir ünsiyyət təmin edə biləcək. Eyni şəkildə görünüş və səs keyfiyyətində də əhəmiyyətli irəliləyişlər edildiyinin də altı çəkilmiş vəziyyətdədir. Hətta Microsoft bununla kifayətlənməyərək önümüzdəki günlərdə təqdim edəcəyi yeniləmə ilə birlikdə ən pis əlaqə şəraitində belə mükəmmələ yaxın bir səs və görüntü təcrübəsi yaşanacağının da sözünü verib.

Fira