Bir mühəndis, pişiyi üçün üz tanınması texnologiyalı kamera inkişaf etdirdi

Bir mühəndis, pişiyi üçün üz tanınması texnologiyalı kamera inkişaf etdirdi

Proqram mühəndisi Arkaitz Garro, pişiyi evə gəlincə xəbərdar olmaq üçün süni zəka dəstəyi də olan üz tanıma texnologiyalı bir kamera inkişaf etdirib.

Teach.az xəbər verir ki, WeTransfer proqram mühəndisi Arkaitz Garro, bu peşəsini evinin bəzi bölgələrində müxtəlif vasitələr üçün də istifadə edir. Çöldə gəzdikdən sonra evə girmək istəyən pişiyi Bobis üçün bir üz tanıma vasitəsi əlavə edən Garro, Bobis-in qapıya gəldiyində telefonuna gələn bildirişlə xəbərdar ola bilir.



Garro, digər hər kəs kimi niyə bir pişik qapısı sunmadığını bu ifadələrlə izah edir:

"Həyat yoldaşım və mən bir neçə il əvvəl Bobis-i balkonumuzda gördük. Onun bir evi olub olmadığını bilmirdik. Bu görə ilk başda pişiklə yoldaşlıq qurub onun bir neçə fotoşəkilini çəkib məhəllədə payladıq. Bobis-in bir neçə ev kənarda bir sahibi olduğu ortaya çıxdı. Sahibi Bobis-i bizimlə paylaşmaqdan xoşbəxtlik duyacağını söyləyincə Bobis-in iki ailəsi oldu. Bu səbəblə pişik bizim evə müəyyən zamanlarda gəlir. Biz də pişik qapısına sahib olmadığımız üçün onun ətrafda olduğu zamanları bilmək və qapını açmaq istəyirdik "deyib.



Proqram mövzusunda müvəffəqiyyətli bir ad olan Garro, pişiyini evə almaq üçün bir qurğu etməyə qərar verib. Pişiyi tanıması üçün bir kamera saxlayan proqramçı, bu kameraya hərəkət aşkarlama və vizual tanınması kimi bəzi süni zəka xüsusiyyətləri əlavə edib. Beləcə kamera pişiyi çöldəykən görəcək, tanıyacaq və Garro-nun ağıllı telefonuna bildiriş göndərəcəkdi.



Kompleks görünsə də son dərəcə sadə bir neçə addımla inkişaf etdiriləcək bu layihə, artıq yaxşıdan yaxşıya utopik bir dünyada yaşadığımızı bizlərə göstərir. Pişiklər üçün süni zəkalı qapıları bundan 10-20 il əvvəl birinə söyləsəydim, bu mövzuda nələr deyəcəklərini az çox təxmin edərsiniz.

Fira