Öz İşinizin Müdiri ola biləcəyiniz Ən Yaxşı 10 Ölkə!

Öz İşinizin Müdiri ola biləcəyiniz Ən Yaxşı 10 Ölkə!

Sahib olduğunuz işdən nə qədər xoşbəxt olsanız da, öz təyin edəcəyiniz zaman aralıqlarında və saatlarda işləmək hər kəs üçün maraqlı ola bilər.
Dünyanın 57 fərqli ölkəsində reallaşdırılan araşdırma nəticəsində, öz işinizin müdiri ola bilməyiniz üçün ən uyğun 10 ölkə təyin olundu. Siz qarşınızda çayınız, hər hansı bir işə gəlmə və getmə saatı, stressi olmadan işləməyi planlayırsınızsa, bu ölkələrdə evinizdən və ya mobil olaraq öz işinizi idarə etməniz digərlərinə görə çox daha asan olacaq.

10. Çexiya

Siyahının 10-cu sırasında vergilər, nəqliyyat və s. kimi bir çox kateqoriyada möhkəm dəyərlərə sahib olan Çexiya iştirak edir.
9. Bolqarıstan

Aşağı vergi dərəcələri xüsusilə diqqət çəksə də, bir fincan qəhvənin 0.96 £ olması da siyahıya girməsinə səbəb oldu deyə bilərik (təbii ki zarafatdır :)
8. Estoniya

Ölkənin gənc əhalisini özündə saxlayan Talin, xüsusilə aşağı vergi dərəcələri ucuz nəqliyyat ilə diqqət çəkir.
7. Yeni Zelandiya

Avstraliya gənc mütəxəssislərə daha cazibədar olsa da, Yeni Zelandiya öz işini icra etmək istəyənlər üçün daha cəlbedici bir yerdir.
6. İspaniya

Ucuz və geniş yayılmış internet bağlantısı və kredit imkanları kifayət qədər yaxşı olsa da, Barselona sahillərinin özü belə burda yaşamağa səbəb ola bilər.
5. İngiltərə

London və Manchester kimi şəhərlərdə öz işinizə sahib olmaq istəyirsinizsə, banklardan yüksək miqdarda və aşağı faizli kreditlər ala bilirsiniz.
4. Birləşmiş Ərəb Əmirlikləri

10 olkəlik siyahımızda sıfır vergi nisbətiylə diqqət çəkən Ərəb Əmirlikləri, bu sayədə siyahıya dördüncü sıradan girir.
3.Cənubi Koreya

Siyahımızın üçüncü sırasındakı Cənubi Koreya, Seul və Busan kimi həyat standartı olduqca yüksək şəhərləri və əlçatan sürətli internetiylə diqqət çəkir.
2. Amerika Birləşmiş Ştatları

Ölkədəki 600 minə yaxın pulsuz Wi-Fi nöqtəsi sayəsində istədiyiniz anda internetə bağlanıb işlərinizi edə biləcəyiniz Amerika siyahıda ikinci sıradadır.
1. Hong-Kong

Tədqiqatın nəticələrinə görə, Hong Kong aşağı vergi dərəcələri, ucuz şəhər daxili səyahət imkanları və mükəmməl internet bağlantısı ilə birinci yerdədir.

shrn.