Android Oreo-da WhatsApp problemi

Android Oreo-da WhatsApp problemi

Android Oreo versiyasında əhəmiyyətli bir WhatsApp problemi ortaya çıxıb. Bir çox istifadəçi tərəfindən dilə gətirilməyə başlayan problem, WhatsApp-ı istifadə edilməz hala gətirə bilir.

Teach.az xəbər verir ki, Android 8.0 ilə ortaya çıxan problem haqqında detallar gəlməyə davam edir. Android 8.0-ın təqdim olunması üzərindən aylar keçməsinə baxmayaraq, hələ də bir çox telefona yeniləmə gəlməyib. Bəzi telefonlara gələn yeniləmələr isə əhəmiyyətli problemlərə səbəb ola bilir.

OnePlus smartfonu OnePlus 5T-yə göndərdiyi Android 8.0 Oreo yeniləməsi ilə birlikdə əhəmiyyətli bir problemə səbəb olub. WhatsApp-dakı adam adlarının görünməməsinə səbəb olan problem, mesajlaşmağı az qala qeyri-mümkün hala gətirir. Qısa müddət əvvəl satışa təqdim edilən OnePlus 5T, həm dünyada, həm də ölkəmizdə böyük maraq görmüşdü. Uyğun qiymət olan telefon, qutusundan Android 7.1.1 ilə çıxırdı, həmçinin Oreo yeniləməsini sürətli bir şəkildə edən nadir telefonlardan biri olmağı bacarmışdı.

OnePlus forumlarında ortaya çıxan problem haqqında bir çox həll yolu ortaya atılıb. Ancaq, indiyə qədər heç bir yol müvəffəqiyyətli olmayıb. Şirkətin qısa müddət içərisində yeni bir yeniləmə daha təqdim etməsi ya da mövcud yeniləməni qaldırması gözlənilir.

Fira