Kabelsiz qulaqlıqlar gəlir - Apple AirPods 2

Kabelsiz qulaqlıqlar gəlir - Apple AirPods 2

Appletərəfindən AirPods simsiz qulaqlıqlarda daha inkişaf etmiş bir versiyası üzərində çalışıldığı deyilir. Yaxşı, yeni Apple AirPods 2 xüsusiyyətləri nələr olacaq?

Teach.az xəbər verir ki, yeni AirPods modelinin bu ilin sonlarında satışa təqdim edilməsinin gözlənililir. Kabelsiz qulaqlıqların yeni kabelsiz çip, Hey Siri aktivasiya dəstəyi və suya davamlılıq xüsusiyyətlərinə sahib olacağı iddialar arasındadır. Ayrıca, istifadə ediləcək kabelsiz çipi Apple Watch 3 ilə qarşımıza çıxan W2 çipi olacağı düşünülür.



Yeniliklərlə birlikdə Apple digital assistenti Siri ilə daha çox qarşılıqlı təmin edilmiş olacaq və mövcud qulaqlıqda olduğu kimi cüt klik ehtiyacı ortadan qalxacaq. Əlavə olaraq, musiqiyə nəzarət etmək və səsi qurmaq kimi mövzularda da yaxşılaşdırmalar ediləcəyi təxmin edilir. Hal-hazırda bazarda olan və inventar mənasında olduqca çətinliklər çıxardan model Dekabr 2016-cı il tarixində tanıdılmışdı. Mövcud modellər üçün kabelsiz şarj qutusu təqdim ediləcəyi və bunun AirPower şarj stansiyası ilə uyğun olacağı açıqlanmışdı. Bu şarj qutusu da ilk dəfə ikinci nəsil AirPods ilə tanıdıla bilər.

Fira