Tam fərqli məqsədlər üçün hazırlanan və gözlənilmədən uğurlu olan 9 məhsul!

Tam fərqli məqsədlər üçün hazırlanan və gözlənilmədən uğurlu olan 9 məhsul!

Hər gün müxtəlif problemlərimizi həll etmək üçün bir çox alət və materiallardan istifadə edirik. Yaxşı bəs daimi olaraq istifadə edilən bəzi məhsulların əslində tam fərqli şeylər üçün hazırlandığını söyləsək?
İstər inanın istər inanmayın, gün ərzində istifadə etdiyimiz və dünyanın hər bir küncündə eyni məqsədlər üçün istifadə etdiyimiz onlarla məhsul sizin üçün olduqca əhəmiyyətsiz bir şey üçün hazırlanmışdır.

İxtira həyatı asanlaşdırmaq üçündür, amma bəziləri gündəlik məqsədlərlə deyil, tibbə, kosmos elminə və daha bir çox sahədə insanlığa xidmət etmək üçün hazırlanır. Məsələn saqqızların yeni bir rezin növü inkişaf etdirilməsi zamanı təsadüfən kəşf edilməsi kimi.

Gündəlik həyatımızın bir hissəsi olan və əslində müxtəlif məqsədlər üçün hazırlanan 9 şey var:

9. Səs qeydiyyat cihazından ürək batareyasına:

Əslində elm insanlarının ilk məqsədi ürəyin səsini saxlamaq üçün istifadə ediləcək olan bir cihaz inkişaf etdirmək idi. Zaman içində bu düşüncə həyat qurtaran bir ixtira halına gəldi.

8. Qaz bezindən gigiyenik qadın pedine (Kotex):

Günümüzün ən böyük gigiyenik qadın pad istehsalçılarından olan Kotex, dünyanın müharibələrdən qırıldığı 1950-ci illər əvvəlində yaraların sürətli şəkildə sağalmasını təmin etmək üçün təmizlik və qaz bəzi istehsal edirdi.

7. Rezindən saqqıza:

Sənaye sahədə istifadəsi üçün yeni və dayanıqlı bir rezin inkişaf etdirmək istəyən elm insanları, günümüzün ən ucuz və məşhur qida məhsulu olan saqqızı icad etmişdilər. Hər halda laboratoriyada biri gizlicə ağzına atıb üzərinə meyvə dişləyib :)

6. Divar kağızından balonlu qablaşdırma qorumasına:

Al Fielding və Marc Chavannes iki mühəndis idi və ev dekorasiyası üçün divar kağızları hazırlayırdılar. Divar kağızı olaraq qurduqları bir məhsul qlobal miqyasda stresin bir nömrəli düşməni olan balonlu qablaşdırma naylonuna çevrildi.

5. Əməliyyat vasitələrinin yerləşdiyi steril mayedən, ağız durulama suyuna (Listerine):

Bəli, səhv oxumadınız. Listerine firması 135 il əvvəl əməliyyat masalarının yanında olan alət qutularının içindəki steril mayeləri istehsal edirdi. Ağız gigiyenası üçün bu gün istifadə etdiyimiz məhsul cərrahi alətləri təmiz saxlamağa yarayırdı.

4. Antidepresan dərmandan Coca-Cola'ya:

Günün sağlamlıq təsirləri baxımından ən çox müzakirə edilən kommersiya qida məhsulu Coca Cola, əslində morfin asılılığını azaltmaq, baş ağrılarını və narahatlığı azaltmaq kimi vəziyyətlərə qarşı dərman kimi hazırlanmışdır. O tarixlərdə heç birimiz həyatda deyildik.

3. Təmizlik vəsaitindən oyun xəmirinə (Play-Doh):

1930-cu illərdə Cleo McVickers tərəfindən icad edilən Play-Doh, bu günün ən çox satılan oyuncaqlarından biridir. Ancaq ilk plan, onu bir divar təmizlik məhsulu olaraq bazara çıxarmaq idi.

2. Tibbi cihazdan tirnoqa:

Butulkalar içində uzun müddətlər ərzində mühafizə ediləcək hər şey üçün həll vasitəsi olan tirnoqlar, əslində döyüşdə güllə yeyən əsgərlərin bədənlərindən o güllələri çıxartmaq üçün istifadə edilən tibbi alət olaraq dizayn edilmişdi.

1. Raket materialından WD-40 spreyə:

Hər bir avtomobil sahibinə tanış olan bu kiçik püskürtmə qutuları, həqiqətən də, raket elmi ilə həyatımıza girdi. WD-40, mərmilərin və raketlərin atmosferdə asan yol almalarını təmin etmək üçün çıxarılmışdı.


shrn.