Chrome OS-in bomba kimi gələcəyini sübut edən Android xüsusiyyəti ortaya çıxdı- VİDEO

Chrome OS-in bomba kimi gələcəyini sübut edən Android xüsusiyyəti ortaya çıxdı- VİDEO

Google-un dizüstü kompüterlərə xüsusi hazırladığı əməliyyat sistemi Chrome OS, gün keçdikcə daha sabit bir hal alır.

Teach.az xəbər verir ki, əməliyyat sistemi yeni versiyası olan Canary ilə Android tətbiqlərini bölümləndirilmiş ekranda aça biləcək. Chromebook dizüstü bəlkə ölkəmizdə satılmır və dünya bazarında çox aşağı uğurlar əldə edirlər, ancaq Windows və MacOS kimi əməliyyat sistemləri üçün də ən güclü alternativi meydana gətirirlər. Hər keçən distributivdə daha qərarlı bir hal alan və ən əhəmiyyətlisi də Google-un mobil əməliyyat sistemi Android ilə uyğunlaşma tutan Chrome OS-ə sahibdirlər.

Chrome OS, Canary distributiviylə Android tətbiqlərini bölünmüş ekranda işlətmə xüsusiyyəti gətirəcək. Bunun üçün internetdə təqdim olunan bir video, sistemin necə işlədiyini göstərir.



Videoda qarşımıza çıxan Samsung Cromebook Pro, Google Play Store və diktofon tətbiqlərinin eyni anda yana istifadə edilməsinə icazə verir. Chrome OS-in dörd fərqli versiyası tapılır: Stable (Qərarlı), Beta (Test), Developer və Canary. Stable rəsmi olan və ümumi istifadəçi kütləsinə təqdim edilən son əməliyyat sistemi versiyasıdır. Canary isə gələcəkdə Stable distributivində iştirak etməsi planlaşdırılan xüsusiyyətlərin Beta-dan əvvəl sınandığı bir versiya rolunu boynuna götürür. Yəni Canary, Chrome OS ekosisteminin vizyoner qismini təşkil edir.

Hissəli ekran rejimində Android tətbiqlərini problemsiz şəkildə işlədə bilən Chrome OS Canary, uzun zamandır gözlənilən mobil-kompüter uyğunluğunun artıq çox yaxın olduğunu göstərir. Chrome OS-ə gələcək olan 65. versiya yeniləmə ilə son istifadəçi də bu xüsusiyyəti istifadə edə biləcək. Bir ehtimal olaraq xüsusiyyətin 66. versiya yeniləməsi ilə də gələcəyini söyləyə bilərik.



Bu sistemin digər bütün Android tətbiqləriylə uyğun bir şəkildə əlaqəni göz qarşısında bulundurunca kompüterdə Android təcrübəsi həyəcanlandırır. Ancaq bu tətbiqlərin Chrome OS-də işlətməyi nəzərə alaraq, split ekran dəstəyi təqdim etmələri lazımdır. Burada da məsuliyyət Android inkişaf etdiricilərinə düşür.

Xüsusiyyətin yaz aylarına doğru təqdim edilməsi planlanan (ən gec) Chrome OS 66 ilə birlikdə Stable distributivində iştirak etməsi gözlənilir.

Fira