Apple Watch, bir ana və körpəsinin həyatını xilas etdi!

Apple Watch, bir ana və körpəsinin həyatını xilas etdi!

Apple Watch, sıravi yerlərə həyatı dəyişdirən texnologiyalar yerləşdirərək, həyat qurtarmağa davam edir. Apple Watch, təcili SOS xüsusiyyəti sayəsində 24 yaşındakı sürücü Kacie Anderson və 9 aylıq bir körpənin həyatını qurtardı.
Anderson Shape.com ilə öz hekayəsini paylaşdı və saatın körpəsi ilə öz həyatını necə xilas etdiyini izah etdi.
Kacie, etdiyi açıqlamada, basketbol və lakros kimi məşq etdiyi üçün bir neçə ildir bu ağıllı saatı istifadə etdiyini ancaq təcili SOS- dan istifadəyə ehtiyac olmadığını söylədi.

Anderson, "Avtomobilin içindəki hər şey, qəza anında bizə vurdu və havaya uçdu. Üzüm sükan çarxına, başlığa, sonra da pəncərəyə qorxunc şəkildə dəydi. Bir dəqiqə gozlerim qaradı və görə bilmədim. Gözlərim açıq idi, ancaq gördüyüm hər şey qara idi. Ellerim telefonu axtarırdı amma tapa bilmədim. Sonra saatımı tutdum və 911-ə zəng etdim." dedi.

Andersonun oğlu yalnız göyərmələri var idi, öz aldığı xəsarət isə daha ciddi idi: "Təcili yardım gəldi və dərhal məni bir xərəyə qoydu. Boynumu və kürəyimi sabitlədi. Başım şişdiyi üçün, baş gicəllənməsi və qarışıqlığa səbəb olan şiddətli sarsıntılar yaşadım" dedi.

Anderson, avtomobil qəzasında özünü və oğlunun həyatını qurtaran Apple Watch-u istifadə etdiyi üçün "çox şanslı" hiss etdiyini söylədi.