Uşağınızın Problemli bir gələcəyə sahib ola biləcəyini göstərən 7 Davranış.

Uşağınızın Problemli bir gələcəyə sahib ola biləcəyini göstərən 7 Davranış.

Gələcəkdə digər canlılara və özlərinə zərər vermə meyli göstərmə ehtimalı olduqca yüksək olan uşaqların, sahib olduğu 7 davranış pozuqluğunu siyahıya aldıq.
Bir uşağın gələcəkdə psixopat ola biləcəyini göstərən işarələr 3 yaşından sonra hiss edilə bilər. Ana və ataların davranışları nəticəsində ortaya çıxan bu işarələr əhəmiyyətsiz kimi görünsə də nəzərə alınmalıdır. Ancaq valideynlər böyük sevgilərindən ötəri bu pis keyfiyyətləri uşaqlarına yaraşdırmadıqları üçün işarələr çox diqqətə çarpan belə olsa tez-tez görməzlikdən gəlirlər.

1-Heyvan zülmü


Uşaqlar tərəfindən edilən heyvan zülmləri psikopatolojik pozuqluğun ən bariz əlamətidir. Başlanğıcda kiçik işgəncə ilə başlayan bu vəziyyət, uşaqların gələcəkdə heyvanları öldürməsinə qədər davam edir. Qeydlərə görə, keçmişdə bir çox qatilləri bu cür heyvan istismarına malik olmuşdur.

2-Cinayətkarlara qarşı böyük sevgi

Aralarında heç bir qan bağı yada qohumluq olmadığı halda, oğru yada cani qatil kimi psixopat kəslərə sevgi bəsləyən uşaq gələcəkdə bənzər davranışlar göstərə bilərlər. Ayrıca psixoloqlar bu sevgini hirsin xaricə vurumu olaraq da təyin edir.

3-Enürezis

Uşağınızın 5-6 yaşından sonra yatağını istəksiz olaraq isladmasına enürezis deyilir. Bu vəziyyət tək başına olduğunda uşağınızın irəlidə psixopat olacağı mənasına gəlməsə də, bir çox qatildə müşahidə edilən bir xüsusiyyətdir. Ən məntiqlisi əgər uşağınız yatağını islatmağa davam edirsə yaxından nəzarət etməkdir.

4-Qaydaların pozulması

Hər uşaq zaman zaman qaydaların xaricinə çıxır və bu vəziyyət onların psixopat olacağı mənasını verməz. Ancaq qaydaları pozma mövzusunda çox incə bir xətt var. Gələcəkdə psixopat olma meyli göstərən fərdlər qaydaların xaricinə çıxdıqları zaman böyük bir xoşbəxtlik hissi ilə qarışıq adrenalin yüklənirlər. Qısacası, əgər uşağınız qaydaları pozduqdan sonra özünü təzələmək yerinə xoşbəxtlik hiss edirsə, ehtiyatlı olmalısınız.

5-Yalan danışmaq

Bir uşağı cəzalandırmaqdan qorxduğu üçün yalan danışarkən, adətən onu normal qarşılaya bilərsiniz. Ancaq peşmanlıq duymadan və özünə güvənərək yalan dediklərində bu vəziyyət psixoloji problemlərin xəbərçisidir.

6-Zorakılıq

Kiçikkən özündən gücsüz fərdləri döyən hər kişi irəlidə psixopat biri olacaq deyə bir şey yoxdur. Ancaq bu cür davranışlar davam edərsə, gələcəkdə böyük problemlərə yol aça bilər. Uşaqların digər uşaqlara zülm etməsi ümumiyyətlə narahat ailə mühitindən qaynaqlanır.

7-Laqeydlik

Psixopat xüsusiyyətlərə sahib uşaqlar ümumiyyətlə qorxularını həmyaşıdları qədər asan göstərmirlər. Bunun yerinə sakit qalmağı üstün tuturlar. Uşağınız hisslərini öz içərisində yaşayırsa bir şəkildə onun qabığını qırmağa cəhd etməlisiniz.


shrn.